Icma.az
close
up
RU
Qocalıq nə vaxt başlayır? Alimlər inanılmaz yaşı ortaya qoydular

Qocalıq nə vaxt başlayır? Alimlər inanılmaz yaşı ortaya qoydular

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müasir tədqiqatlar göstərir ki, insanın nə vaxt yaşlı hesab olunması artıq yalnız təvəllüdü ilə müəyyən edilmir. Alimlərin gəldiyi yeni nəticələr bu anlayışın cəmiyyətə görə dəyişdiyini ortaya qoyur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2000-dən çox insanın iştirak etdiyi sorğuda respondentlər orta hesabla 69 yaşdan sonra insanı yaşlı hesab etdiklərini bildiriblər.

Araşdırmanın nəticələri göstərir ki, bu yanaşma əvvəlki illərlə müqayisədə dəyişib. Belə ki, daha əvvəl aparılan tədqiqatlarda qocalığın 62 yaşdan başladığı qeyd olunurdu. Yeni məlumatlar isə insanların yaşa baxışının tədricən dəyişdiyini sübut edir.

Maraqlıdır ki, bu yaş həddi bir çox tanınmış simaları da əhatə edir. Məsələn, Tom Hanks, Kim Cattrall və Steve Harvey kimi məşhurlar da artıq bu kateqoriyaya daxil edilir.

Mütəxəssislər bildirirlər ki, qocalıq anlayışı nəsillər arasında fərqli qəbul olunur. “Baby boomer” nəslinə aid şəxslər (1946–1964-cü illərdə doğulanlar) qocalığın təxminən 67 yaşda başladığını düşünürlər. Lakin daha gənc nəsillər bu mərhələnin daha erkən başladığını hesab edir.

Digər araşdırmalar göstərir ki, Z nəsli idrak zəifləməsinin orta hesabla 62 yaşdan başladığını düşünür. Texnologiyalara uyğunlaşmaqda çətinliklərin isə təxminən 59 yaşda hiss olunduğu qeyd olunur.

Alimlər beynin inkişaf mərhələlərini də müəyyənləşdiriblər. Bu bölgüyə əsasən, 66–83 yaş aralığı erkən qocalıq, 83 yaşdan sonrakı dövr isə gec qocalıq mərhələsi kimi qiymətləndirilir.

Mütəxəssislər vurğulayır ki, qocalıq yalnız bioloji deyil, həm də psixoloji və sosial anlayışdır. İnsanların həyat tərzi, düşüncə forması və aktivliyi bu prosesə ciddi təsir göstərir. Buna görə də “yaşlılıq” anlayışı getdikcə daha fərdi xarakter daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Aprel 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri