Icma.az
close
up
RU
“Qoduş”lu, “dımbır”lı, “dina”lı, “diniş”li, “dodu”lu orfoqrafiya lüğətimiz… Təbriz VƏFALI YAZIR

“Qoduş”lu, “dımbır”lı, “dina”lı, “diniş”li, “dodu”lu orfoqrafiya lüğətimiz… Təbriz VƏFALI YAZIR

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Təbriz VƏFALI

***

Azərbaycan dilinin zənginləşdirilməsində, dilimzə yeni sözlərin daxil edilməsində bizim kəndin, həmkəndlilərimin müstəsna və əvəzsiz xidmətləri çoxdur. Çünki kəndimizdə elə sözlər işlədilir ki, başqa regionlarda, rayonlarda, kəndlərdə bu sözləri kimsə eşitməyib. Üstəlik, bəzi sözlərin sonluğuna əlavələr etməklə yeni sözlər və ayamalar icad etməkdə kəndçilərimin dünyada tayı-bərabəri yoxdur.

Məsələn, həmkəndililərim bəzi sözlərin sonluğuna “pərəst” artırmaqla yeni sözlər yaradıblar. Kəndimizdə baş-ayaq, kəllə-paça sevənə, xaşın dəlisi olana “xaşpərəst” deyirlər. Yaxud, bir qarın çörəkpulu qazanmaq üçün səhərdən axşama kimi ac-yalavac işləyənə “qulpərəst” ayaması verilir. 

Bizim kənddə sonluğu “qom”la bitən sözlər də kəşf ediblər. Məsələn, əhli-keyf, yəni, yeyib-içən, özü üçün yaşayan, beş günlük dünyanı vecinə almayan adama “kefqom” deyilir. Kəndimizdə “Leşqom” sözü də işlədilir. Həmkəndlilərim ölmüş mal-heyvan, at, eşşək, it və sair əti yeyənə və ya satana “leşqom” ayamasını “yapışdırıblar”.

Bizim kənddə tez-tez işlədilən sözlərin arasında sonluğu “baz”la bitənləri kifayət qədərdir. Məsələn, həmkəndlilərim qonaq-qara sevən, qonaqpərvər adamlara “qonaqbaz” deyirlər. Yaxud, bəzi insanlarla məzələnməyi, əylənməyi sevən şəxs “mırtbaz” adlandırılır. Kəndimizdə “qulbaz” da məşhurdur, bu da kimlərisə qul kimi işlədib pulunu az verən, yaxud, verməyənə qoşulan ayamadır. Sazı, saz havalarını, aşıq sənətini sevənlərə “aşıqbaz”, şeir vurğunu olanlara “.şeirbaz”, sözləri, söhbətləri ilə könülləri ovsunlayanlara isə “ürəkbaz” deyirlər.  Çox dil bilənə, mal dili yeyənə, Azərbaycan dilini sevənə də “dilbaz” ayaması verilib…

O gün (bizim kənddə müsəlmanın “o günü” deyiləndə 2-3 ay əvvəlki tarix nəzərdə tutulur) kəndimizə getmişdim. 
75 yaşlı el ağsaqqalı, 50 ildən çox Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş Əlibala əmi əlində kitab qırğı kimi başımın üstünü kəsdirdi, açdı sandığı, tökdü pambığı. Dedi, ay bala, Azərbaycan dilinin orfoqrafiya lüğətini almışam. Orda yazılan bəzi sözləri başa düşə bilmirəm. Allahını sevərsən, mənə başa sal. 

Kitabda qırmızı qələmlə işarələdiyi sözləri göstərib soruşdu ki, bəs “qoduş”, “cordanabənzər”, “gəllahi”, “dımbır”, “dina”, “diniş”, “dit-dit”, “dodemə”, “dodu”, “laslama”, “dızıxlıq”, “ənin”, “ərbəin” nə deməkdir. Dedim, ay Əlibala müəllim, Məşədi İbad demişkən, “Tarixi-Nadir”i yarıyacan oxumuşam, amma bu sözlərə ilk dəfədir rast gəlirəm, blimirəm nəmənə olan şeydir.

 El ağsaqqalı qayıtdı ki, ay oğul, kül bunların təpələrinə, orfoqrafiya lüğətinə daxil etməyə söz tapmırlarsa, özlərini niyə dağa-daşa vururlar? Gəlsinlər kəndimizə, bizim sayı itinə tök sözlərimizdən, ayamalarımızın adlarından lüğətə daxil etsinlər. Hələ yeni elmi adlar da kəşf eləmişik. Biz kənd sakinləri yekdilliklə radukilistlərlə bağlı elmə “radikulizm”, əzələlərlə bağlı elmə “muskulizm”, hapa-gopa basanlarla bağlı elmə “gopolizm”, plagiatla bağlı elmə də “kopyalıizm” adını vermişik. Sözümüz var, ayamamız var, mənası tam aydındır, ənənəvi də işlətmək olar.  

Ürəyimdə dedim ki, vallah, kəndçilərimdən yoxdur, ey. Dilçiliyin, Azərbaycan dilinin inkişafı üçün pulsuz-parasız, təmənnasız alın təri tökürlər, amma qədirlərini bilən yoxdur. Ancaq orfoqrafiya lüğətini hazırlayanlar əndrəbadi sözləri dilimizə daxil edərək, qəlizləşdirirlər, hələ buna görə maaş alırlar. Sonra da adını qoyurlar müasirləşmə.
Başınıza dəysin müasirliyiniz…

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://mia.az
archiveBu xəbər 20 Avqust 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri