Icma.az
close
up
RU
“Qohum nikahlarına görə təkcə evlənənlər deyil, şərait yaradanlar da cəzalanmalıdır” RƏYLƏR

“Qohum nikahlarına görə təkcə evlənənlər deyil, şərait yaradanlar da cəzalanmalıdır” RƏYLƏR

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda iyulun 1-dən başlayaraq qohumlar arasında bəzi nikahların bağlanması qadağan edildi. Ailə Məcəlləsində aparılan dəyişikliklərə əsasən, əmioğlu-bibioğlu, dayı və xala uşaqları, həmçinin əmi və qardaş (bacı) qızı, bibi və qardaş (bacı) oğlu kimi yaxın qohumlar arasında evliliklər artıq qanunla yasaqlanmışdı.

Bu yenilik bəziləri tərəfindən şəxsi seçim azadlığına müdaxilə kimi qiymətləndirilsə də, geniş kütlə belə bir addımı cəmiyyətin sağlam gələcəyi üçün zəruri saymışdı. Genetik risklərin qarşısını almaq, sağlam nəsil yetişdirmək və sosial-mədəni normaları qorumaq məqsədi daşıyan bu qərarın müsbət nəticələr verəcəyi ümid edilir.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin Ailə qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, məqsəd ailə institutunu qorumaq, gücləndirməkdir:

“Məqsədimiz hər bir vətəndaşımızın hüquqlarını qorumaq, ailə institutunu daha da gücləndirmək, mövcud boşluqların və çətinliklərin qarşısını almaqdır.

2024-cü ildə qanunvericiliyə edilən dəyişikliyə əsasən, Ailə Məcəlləsində nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halı aradan qaldırılıb. Beləliklə, nikah yaşının 18 yaş olduğu nəzərə alınaraq, yetkinlik yaşına çatmayanlarla qeyri-rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yaradan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət tədbirləri nəzərdə tutulur.

Eyni zamanda, yetkinlik yaşına çatmayanların dini nikaha daxil olmasına şərait yaradan din xadimləri üçün də məsuliyyət müəyyən olunub. Belə toy məclislərinin təşkil olunduğu məkan sahibləri də qanun qarşısında cavabdeh olacaqlar”.

Hicran Hüseynova erkən nikahların mənfi təsirləri və fəsadlarının kifayət qədər olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, qohumlar arasında nikahların bağlanmasına yol verilməyəcəkdir:

“Qanun artıq qüvvəyə minib və aidiyyəti dövlət qurumları tərəfindən onun icrası üçün müvafiq mexanizmlər hazırlanıb.

Erkən nikahlar qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, eləcə də özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə ifadə etməsinə ciddi problemlər yaradır və müxtəlif fəsadlara səbəb olur.

Elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin yaranma riski olduqca yüksəkdir. Dünya əhalisinin bir hissəsi bu problemdən əziyyət çəkir. Belə nikahlar çox zaman uğursuz olur, ailələrdə davamlı münaqişələr və problemlər meydana çıxır.

Qohum nikahlarının qarşısının alınması cəmiyyət üçün mühüm və müsbət dəyişikliklərə səbəb olacaq. Genefondumuzun sağlamlaşdırılması istiqamətində hərtərəfli şəkildə çalışmalıyıq. Bu istiqamətdə atılacaq ən vacib addımlardan biri məhz qohum nikahlarının qarşısının alınmasıdır.

Düşünürəm ki, xalqımız və cəmiyyət bu dəyişikliklərə müsbət yanaşacaq. Biz unutmamalıyıq ki, insan sağlamlığı və reproduktiv sağlamlıq təkcə səhiyyə deyil, həm də ölkə üçün mühüm sosial-iqtisadi məsələdir.

Biz ailələrimizin möhkəm olmasını istəyirik. Arzulayırıq ki, uşaqlarımız genetik və irsi xəstəliklərlə doğulmasın, ailələrimiz uğurlu və uzunömürlü olsun. Məhz buna görə bu dəyişikliklər vacib və zəruridir”.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu qərarın qüvvəyə minməsi xüsusi önəm və əhəmiyyət daşıyır:

“Uzun illərdir ki, bu məsələ ölkəmizdə müzakirə olunur və belə bir addımın atılması artıq bir zərurətə çevrilmişdi. Biz bu qərarı mütləq şəkildə qəbul etməli idik. Qərara qarşı çıxan insanlar bir anlıq düşünməlidirlər — ölkədə qohum nikahları nəticəsində doğulan uşaqların hansı fiziki və psixoloji əziyyətlər çəkdiyini görmək üçün xüsusi mərkəzlərə baş çəksinlər.

Bu gün Azərbaycanda qohum nikahları səbəbindən dünyaya fiziki qüsurlu uşaqların gəldiyi hallara tez-tez rast gəlinir. Belə bir qərarın qəbulunu hüquq pozuntusu kimi dəyərləndirmək və ya şəxsi həyata müdaxilə kimi təqdim etmək kökündən yanlışdır.

Mən dəfələrlə həmin vəziyyətdə olan uşaqları və gəncləri görmüşəm. Onların çəkdiyi əziyyətin, yaşadıqları çətinliyin şahidi olmuşam. Bu səbəbdən hesab edirəm ki, belə bir qərarın qəbul edilməsi çox vacib idi. Dövlətimiz çox doğru və düşünülmüş şəkildə bu addımı atdı.

Düşünürəm ki, cəmiyyətimiz də bu qərara əməl etməlidir. Ola bilər ki, kiminsə qohum nikahından olan övladı sağlam doğulsun, lakin bu, istisna haldır və ümumi qaydanı dəyişmir. Əksər hallarda bu nikahlar ciddi problemlərə səbəb olur. Ona görə də bu məsələni ciddi şəkildə nəzərə almalıyıq”.

Sosioloq Lalə Mehralı isə hesab edir ki, əgər kimsə qohum nikahlarının qadağan edilməsini şəxsi həyata müdaxilə kimi qiymətləndirirsə, bu, onun mövzu ilə bağlı kifayət qədər məlumatlı olmadığını göstərir:

“Burada söhbət təkcə tibbi savadlılıqdan getmir. Sadəcə, hər bir mütaliə qabiliyyəti olan insanın bilməli olduğu bəzi əsas məsələlər var ki, onlardan biri də qohum nikahlarının təhlükəsi ilə bağlıdır.

Bu məsələ illərdir ki, müzakirə olunur. Biz bu mövzunu daim gündəmdə saxlayır, yazır və danışırıq və gündəmdən düşməyə qoymuruq. Həkimlər dəfələrlə ictimaiyyətə açıqlama verərək xəbərdarlıq edirlər: “Qohum nikahlarını dayandırın, gələcəyinizi təhlükəyə atmayın. Övladlarınızın xəstə doğulmasının qarşısını almaq sizin öz əlinizdədir. İstəsəniz, bunu bacararsınız. Gələcək nəslinizin sağlam olması sizin seçimlərinizdən asılıdır”.

Amma bütün bu xəbərdarlıqlara baxmayaraq, yenə də bəziləri gedib əmisiqızı, dayıoğlu, xala və ya bibi uşaqları ilə evlənirsə, bu artıq o deməkdir ki, nəinki öz sağlamlığı, hətta gələcək nəslinin yaşayacağı çətinliklər belə həmin insanı maraqlandırmır.

İnsan kimisə sevə bilər, kiməsə aşiq ola bilər. Amma insan öz qəlbinə söz keçirməyi, hisslərinə qalib gəlməyi də bacarmalıdır. Çünki bu, təkcə bir fərdin deyil, bütöv bir ailənin və gələcək nəslin taleyidir”.

Sosioloq onu da vurğulayıb ki, irsi xəstəliklər səbəbindən xəstə doğulan uşaqların taleyi valideynlərin səhv qərarının nəticəsi olmamalıdır:

“İnsan əgər əmisiqızına aşiq olubsa, dayıoğluna vurulubsa, bunun nəticələrini də düşünməlidir. Genetik və irsi xəstəliklərin növbəti nəsildə özünü büruzə verməsi, uşaqların bu xəstəliklərlə ömür boyu mübarizə aparması onların günahı deyil və bu, onlara bir cəza kimi diqtə olunmamalıdır.

Valideynlərin etdiyi səhvlər ucbatından uşaqların taleyinə xəstə bir həyat yazılmamalıdır. Əgər bir valideyn övladını qohum nikahına sövq edirsə və ya insanlar özləri bu cür nikaha maraqlıdırsa, onda əvvəlcədən nəzərə almalıdırlar ki, nəsil artırmaq kimi bir məsuliyyətə girməsinlər. Uşağın dünyaya xəstəliklə doğulması, həyat boyu genetik problemlərlə yaşaması valideynlərin səhv qərarının nəticəsi olmamalıdır.

İki insan qohum olub evlənirsə və nəticədə uşaq dünyaya gətirib onu ömürlük xəstəliklə yaşamağa məcbur edirlərsə, bu, sözün ən yumşaq ifadəsiylə eqoizmdir. Eyni zamanda bu, savadsızlıq və cahillikdir.

Bu baxımdan, dövlətin belə bir qadağanı tətbiq etməsini yüksək qiymətləndirirəm. Dövlətimizin başçısını, hökuməti, bu sahədə illərlə çıxış edən həkimləri, bu mövzunu daim gündəmdə saxlayan həmkarlarımızı və jurnalistləri təbrik edirəm. Nəhayət, biz buna nail olduq. Genefondumuzu təmizləmək və irsi xəstəliklərdən qorunmaq istiqamətində ciddi bir addım atıldı”.

Günel Həsənova

 Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 İyul 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri