Icma.az
close
up
RU
Qol vurmasaydıq, onu meydana buraxacaqdım Rəşad Sadıqov

Qol vurmasaydıq, onu meydana buraxacaqdım Rəşad Sadıqov

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qol vurmasaydıq, onu meydana buraxacaqdım" - Rəşad Sadıqov

"Oyun bizim üçün yaxşı başladı. Erenin iştirakı ilə təhlükəli epizod yaratdıq, daha sonra qol vurduq, lakin ofsayd qeydə alındı. Təxminən 15-30-cu dəqiqələr aralığında üstünlük "Turan Tovuz"un tərəfində idi. Rəqibin heyətində standart vəziyyətlərdə xüsusilə təhlükəli olan Joarlem Santos və Roderik Millerin oynamamasına rəğmən, məhz belə bir vəziyyətdən qol buraxdıq. Lakin 35-ci dəqiqədən sonra təşəbbüsü yenidən ələ aldıq. İkinci hissədə komandam daha yaxşı çıxış etdi, oyunun tempini artıraraq hesabı bərabərləşdirməyi bacardı. Yaxşı hücumlarımız oldu və hətta önə də keçə bilərdik. Düşünürəm ki, "Turan Tovuz"la çətin səfər oyununda qazanılan 1 xal yaxşı nəticədir".

QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 29-cu turunda "Turan Tovuz"la baş tutan matçdan (1:1) sonra bildirib. Mütəxəssis qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadənin idarəçiliyinə münasibət bildirərək onun təyinatını müsbət qiymətləndirib:

"Rəvan Həmzəzadə daxili çempionatımızın ən təcrübəli və keyfiyyətli hakimlərindən biridir. Bu gün meydanda çox gərgin mübarizənin gedəcəyi əvvəlcədən bəlli idi. Məhz buna görə də onun bu cür məsuliyyətli oyuna təyinat alması tamamilə normaldır".

Məğlubiyyət zamanı günahı hakimlərdə axtarmaqdansa, baş məşqçi diqqəti yalnız meydandakı oyuna yönəltməyin tərəfdarı olduğunu vurğulayıb:

"Ötən mətbuat konfransında hakimliklə bağlı kifayət qədər suallar səsləndirilmişdi. Bu gün isə meydanda ancaq öz işini ən yaxşı şəkildə görməyə çalışan iki komanda var idi. Məhz buna görə də yalnız gözəl futboldan danışmaq lazımdır. Bu cür gərgin oyunların dəyərini bilməliyik. Çempionatımızda futbolun keyfiyyəti ildən-ilə artır və inanıram ki, növbəti mövsümlərdə hər şey daha da yaxşı olacaq".

Rəşad Sadıqov komandasının həm çempionat, həm də kubokdakı hədəfləri və avrokuboklara vəsiqə şansları barədə danışıb:

"Təbii ki, biz də öz daxilimizdə müəyyən hesab-kitablar aparırıq. Hazırda çempionatda 'Araz-Naxçıvan' və 'Neftçi' ilə gərgin rəqabət gedir, eyni zamanda 'Sumqayıt'ı da bu siyahıdan çıxarmaq olmaz. Turnir cədvəlini 4-cü pillədə başa vurmağı çox istəyirik. Digər tərəfdən, Azərbaycan Kubokunun finalında bizi "Sabah" kimi güclü rəqiblə həlledici matç gözləyir. Mövsümün əvvəlində də bilirdik ki, avrokuboklara qatılmaq asan olmayacaq. İndi isə hədəfə çatmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Çox istəyərəm ki, ölkəmizi Avropada təmsil edəcək komandalardan biri məhz "Zirə" olsun".

Mütəxəssis millimizin və "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin əvəzedici komandaya göndərilməsi hadisəsinə də toxunub:

"Bu, həqiqətən də məyusedici haldır. Prosesin daxilində nə baş verdiyini dəqiq bilmirəm, çünki klub bu barədə rəsmi açıqlama verməyib. Lakin bircə onu bilirəm ki, əgər Qurban Qurbanov yerli futbolçuya qarşı belə sərt addım atıbsa, deməli, bunun ciddi əsası var. Elvinin son müsahibələrində intizamsız davranışları barədə etiraflarını da görmüşəm. Ehtimal edirəm ki, komanda daxilində ciddi hadisə baş verib və Qurban müəllim də müvafiq qərarı verib. Bununla yanaşı, Elvin Azərbaycan futbolunun aparıcı oyunçularından biridir və ümid edirəm ki, tezliklə hər şey öz yoluna düşəcək".

Baş məşqçi intizam problemi yaşayan futbolçunu gələcəkdə "Zirə"də görmək istəyib-istəməməsi ilə bağlı sualı qısa cavablandırıb:

"İstənilən məşqçi Elvin Cəfərquliyev kimi yüksək potensiallı futbolçunu öz komandasında görmək istəyər".

O, qarşıdakı turlarda heyətdə ediləcək rotasiyaların kubokun finalına hazırlıq məqsədi daşıyıb-daşımamasına aydınlıq gətirib:

"Biz mövsüm ərzində bir çox oyunda rotasiyalara əl atmışıq. Qarşıdakı matçlarda da futbolçularımızın fiziki durumuna uyğun planlar quracağıq. Əsas məqsədimiz odur ki, həm çempionatın həlledici oyunlarında, həm də kubokun finalında tam ideal vəziyyətdə olaq".

Rəşad Sadıqov gürcüstanlı legioner Giorgi Papunaşvilinin son vaxtlar əsas heyətdən uzaq düşməsinin taktiki səbəblərlə bağlı olduğunu qeyd edib:

"Son dönəmlərdə komandamızda müəyyən sistem dəyişikliyi etdik və artıq 5-4-1 taktiki sxemi ilə çıxış edirik. Papunaşvilinin az oynaması tamamilə bu yeni sistemlə əlaqədar məsələdir. Hətta bugünkü matçda qol vura bilməsəydik, məhz onu oyuna daxil edəcəkdim".

Məşqçi mövsümün sonunda müqaviləsi başa çatan futbolçularla aparılan danışıqların avrokuboklara vəsiqədən asılı olduğunu bildirib:

"Komandanın avrokuboklara gedib-getməməsi istənilən klubun gələcək siyasətinə birbaşa təsir edir. Biz həmişə olduğu kimi, indi də mövsümün sonunu gözləyirik və bu məsələdə səbirli davranırıq. Bəzi oyunçularımızla artıq ilkin danışıqlara başlamışıq. Lakin avrokuboklara vəsiqəni rəsmən təmin etsək, bu danışıqlar daha da rahat keçəcək".

Yekunda baş məşqçi milli komandanın və "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynovun "Zirə"yə ehtimal olunan transferi ilə bağlı iddiaları təkzib edib:

"Xeyr, hazırda bu məsələ bizim gündəmimizdə deyil. Çünki həmin mövqedə kifayət qədər uğurla çıxış edən Qismət Alıyev var. Gələcəkdə nələrin olacağını bilmək olmaz, lakin bu gün üçün belə bir transfer söhbəti yoxdur".(sportal.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://qol.az
archiveBu xəbər 27 Aprel 2026 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri