“Qolu ailəmə, qızlarıma həsr edirəm” Toral Bayramov+Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Çoxdan idi uzaqdan qol vurmurdum. Qələbə qolu olduğu üçün daha da sevindim”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının üzvü Toral Bayramov deyib.
“Hər zaman olduğu kimi, qolu ailəmə, qızlarıma həsr edirəm. İnşallah, növbəti oyunlarda da fərqlənərəm”, - deyə o vurğulayıb.
Futbolçu türk azarkeşlər tərəfindən yazılan mənfi şərhlərə də münasibət bildirib:
“Hamısından Allah razı olsun, yaxşı yazanlardan da, pis yazanlardan da. Bizim işimiz meydançadadır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Bu futboldur, belə şeylər olur. Azarkeşlər mənfi rəy də yaza bilirlər. Bunu normal qarşılayıram, psixologiyama təsir etmir. Əksinə, mənə motivasiya verir”.
Daha ətraflı videoda:
Baxış sayı:134
Bu xəbər 23 Sentyabr 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















