Icma.az
close
up
RU
Qonağın güzgüyə baxması niyə bədbəxtlik gətirir? Qədim inancın SİRRİ

Qonağın güzgüyə baxması niyə bədbəxtlik gətirir? Qədim inancın SİRRİ

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Qədim inanclarda güzgü sirli və mistik əşya sayılıb. Onun təkcə insanın əksini göstərən bir vasitə olmadığı, eyni zamanda enerji daşıyıcısı və aləmlərarası qapı olduğu düşünülüb. Xüsusilə qonaq gedilən evlərdə güzgüyə baxmaq bir çox xalqların inanclarında xoş qarşılanmır.

Milli.Az bu mövzu ilə bağlı maraqlı məlumatları sizlərə təqdim edir:

Bu inancın mənası nədir?

Əcdadlarımız inanırdı ki, evin güzgüsü yalnız o evin sahiblərinin enerjisini daşıyır. Kənar bir insan - yəni qonaq - həmin güzgüyə baxarsa, öz enerjisini güzgüdə qoyar və ev sahiblərinin şəxsi enerjisini pozar. Bu da evin hüzuruna, bərəkətinə və ailə üzvlərinin münasibətlərinə mənfi təsir edər.

Nələr ola bilər?

Evin enerjisi qarışar - Qonağın niyyəti pis olmasa belə, onun üzərində daşıdığı neqativ enerji güzgüdə qalaraq, evin pozitiv atmosferini poza bilər.

Evin sirri açılar - İnanca görə, evin enerjisi və sirrləri güzgülərə həkk olunur. Kənar bir göz bu sirrləri görə bilər.

Mübahisələrə səbəb olar - Qonağın baxdığı güzgü ailə üzvləri arasında gərginlik yarada bilər. Xüsusilə, evdə olan subay qız və ya oğlanın qismətinin bağlanacağına inanılır.

Qonağın niyyəti pisdirsə... - Əgər qonaq paxıl və ya bədnəzər sahibidirsə, bu pis enerji güzgü vasitəsilə evdə uzun müddət qala bilər.

Necə qorunmalı?

Qonaq gəldikdə, güzgüləri örtmək bəzi qədim ev sahiblərinin adəti idi. Bu, həm də qorunma ritualı sayılırdı.

Evdə güzgülərin tez-tez təmizlənməsi və onların üzərinə müsbət enerjili dualar oxunması da məsləhət görülür.

Güzgünü qapı qarşısında və ya qonaq otağında yerləşdirmək yerinə, daha şəxsi sahələrə qoymaq tövsiyə olunur.

Maraqlı fakt

Bəzi inanclara görə, qonaq getdiyi evdə güzgüyə baxıb öz əksini tərsinə görərsə, bu, o evin enerjisinin ona uyğun olmadığını göstərir. Belə halda, həmin evə bir daha qonaq getməmək tövsiyə edilirdi.  /Lent.az 

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Avqust 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri