Icma.az
close
up
RU
“Qonağınız müəllimlərinizdir” layihəsi bu dəfə Qəbələdə reallaşıb

“Qonağınız müəllimlərinizdir” layihəsi bu dəfə Qəbələdə reallaşıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Dövlət Komitəsinin sədri Qəbələdə tələbənin ailəsini ziyarət edib

Bakı, 13 may, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən həyata keçirilən “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarət davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Dövlət Komitəsinin sədri Ramin Məmmədov, komitənin və Aİİ-nin rəhbər heyəti mayın 12-də Qəbələ rayonunda islamşünaslıq ixtisasının I kurs tələbəsi Xəqani Şəfiyevin ailəsinin qonağı olublar. Komitə sədri ölkəmizdə gənclərin milli ruhda, mənəvi dəyərlərə bağlı, yüksəkintellektli, savadlı kadrlar kimi yetişməsi üçün dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib. Tələbələr üçün Aİİ-də yaradılmış elm-təhsil mühitinin bunun bariz nümunələrindən biri olduğunu vurğulayıb.

Ramin Məmmədov Aİİ ilə tələbələrin ailələri arasında sıx münasibətlərin təhsil prosesinə müsbət təsirindən də danışıb. Tələbənin valideynləri göstərilən diqqət və qayğıya görə komitə sədrinə və institut heyətinə minnətdarlıqlarını ifadə ediblər. Dövlət Komitəsinin sədri daha sonra Qəbələ rayonunda yerləşən Hacıalılı kənd məscidini ziyarət edib. Məscidin dini icmasının sədri və imamı Mehman Şəfiyev ibadət ocağı haqqında məlumat verib.

Komitə sədri ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühitin daim qorunub-saxlanılmasının vacibliyinə toxunub. O bildirib ki, dövlət-din münasibətlərinin davamlı inkişafı, mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi istiqamətində din xadimlərinin, dini icma sədrlərinin üzərinə böyük məsuliyyət düşür. Ramin Məmmədov dini icma sədrinin övladı Xəqani Şəfiyevin gənc mütəxəssis kimi, ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində səylə çalışacağına ümidvar olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see229

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see215

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see182

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see146

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see137

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see136

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see135

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see133

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see132

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see124

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see123

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see123

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri