Icma.az
close
up
RU
Qonaq getdiyi evləri taladı Məni şantaj edirdilər

Qonaq getdiyi evləri taladı Məni şantaj edirdilər

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Qonaq kimi getdiyi evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan qadın məhkəmə qarşısına çıxarılıb.

"AzPolitika" xəbər verir ki, istintaq materiallarına görə, hadisələr 2025-ci ilin may və iyul aylarında Bakının Nərimanov rayonunda baş verib.

Araşdırma zamanı müəyyən olunub ki, təqsirləndirilən qadın ilk epizodda tanış olduğu ailənin evində olarkən yataq otağındakı şkafın siyirməsindən 265 min Rusiya rublunu gizli şəkildə götürüb. Həmin məbləğ hadisə vaxtının məzənnəsi ilə 5 811 manat 98 qəpik təşkil edib.

Bundan təxminən iki ay sonra isə o, qonaq qismində olduğu başqa bir mənzildə mebelin üzərində saxlanılan ümumi dəyəri 16 min manat olan qızıl-zinət əşyalarını - boyunbağı, brilyant qaşlı sırğalar və üzüyü oğurlayıb.

Məhkəmədə təqsirləndirilən şəxs özünü ittiham üzrə qismən təqsirli bilib. O deyib ki, hadisələrdən əvvəl bir şəxslə sevgi münasibəti yaşayıb. İddiasına görə, həmin şəxs onu gizli çəkilmiş foto və videolarla şantaj edib, görüntüləri yayacağı ilə hədələyərək əvvəlcə tanışlarının evindən pul, daha sonra isə öz ailəsinə məxsus qızılları götürməyə məcbur edib. Təqsirləndirilən şəxs oğurladığı pulu və qızılları həmin şəxsə verdiyini iddia edib.

İbtidai istintaq zamanı verdiyi digər ifadəsində isə qadın qızıl-zinət əşyalarını maddi sıxıntı səbəbindən oğurladığını, sonradan onları tanışına satdıraraq cəmi 2 min manat əldə etdiyini bildirib. O, oğurluq faktını etiraf etsə də sonradan verdiyi ifadələrdə hadisələrdə başqa şəxsin də rolunun olduğunu irəli sürüb.

Zərərçəkmişlər isə məhkəmədə bildiriblər ki, təqsirləndirilən şəxsin ailələri ilə yaxın münasibətdə olublar və evlərinə mütəmadi gedib-gəliblər. Onların sözlərinə görə, oğurluq faktları aşkar edildikdən sonra əvvəlcə məsələni qarşılıqlı həll etməyə çalışsalar da, əmlak geri qaytarılmadığı üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Məhkəmə araşdırması zamanı təqdim olunan sübutlar əsasında qadının özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla və təkrar törətməklə gizli talamasında təqsirli olduğu qənaətinə gəlinib.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2 (təkrar törədilməklə oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. İbtidai istintaq dövründə həbsdə saxlanıldığı iki gün cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.(qaynarinfo)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 İyul 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri