Qonaq komandaya da qırmızı göstərən tapıldı STATİSTİKA
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Misli Premyer Liqasında 6 tur geridə qalıb. Keçirilən 35 oyunda ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) 13 baş hakim iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda iş başında olan Əliyar Ağayevin oyun sayı 4-ə çatıb. Beləliklə, FİFA referisi liderliyi ələ alıb.
Altı turda 3 oyun idarə edən ədalət təmsilçilərinin sayı isə 8-ə çatıb. Söhbət Fərid Hacıyev, Kamal Umudlu, Elçin Məsiyev, Rəvan Həmzəzadə, Cavid Cəlilov, Rauf Cabarov, Rəşad Əhmədov və İnqilab Məmmədovdan gedir.
Son turda 26 sarı və 1 qırmızı vərəqədən istifadə ediblər. Beləliklə, altı turun yekununda bu rəqəmlər müvafiq olaraq "126" və "4" olub. Əvvəlki turlarda yalnız meydan sahiblərinin 4 oyunçusu meydandan qovulmuşdusa, bu dəfə Rauf Cabarov qonaq komandanın - "Qəbələ"nin futbolçusuna "qırmızı" göstərdi.
Beləliklə, ümumilikdə vərəqə sayı 130-yə çatıb. Bu da hər oyuna orta hesabla 3,71 vərəqə deməkdir. Hamıdan çox Əliyar Ağayev əlini cibinə atıb. O, 4 oyunda 16-sı sarı, 2-si qırmızı olmaqla, 18 vərəqə göstərib. İkinci sırada 16 "sarı" göstərən Rəşad Əhmədovdur.
Əliyar Ağayev - 4 oyun
meydan sahibi 8 sarı 2 qırmızı
qonaqlar 8 0
cəmi: 16 2
Elçin Məsiyev - 3 oyun
meydan sahibi 5 0
qonaqlar 6 0
cəmi: 11 0
Kamal Umudlu - 3 oyun
meydan sahibi 5 0
qonaqlar 5 0
cəmi: 10 0
Fərid Hacıyev - 3 oyun
meydan sahibi 6 0
qonaqlar 3 0
cəmi: 9 0
Cavid Cəlilov - 3 oyun
meydan sahibi 2 0
qonaqlar 7 0
cəmi: 9 0
Rəvan Həmzəzadə - 3 oyun
meydan sahibi 4 0
qonaqlar 3 0
cəmi: 7 0
İnqilab Məmmədov - 3 oyun
meydan sahibi 5 0
qonaqlar 7 0
cəmi: 12 0
Rəşad Əhmədov - 3 oyun
meydan sahibi 5 0
qonaqlar 11 0
cəmi: 16 0
Rauf Cabarov - 3 oyun
meydan sahibi 3 0
qonaqlar 3 1
cəmi 6 1
Tural Qurbanov - 2 oyun
meydan sahibi 4 1
qonaqlar 7 0
cəmi: 11 1
Əli Əliyev - 2 oyun
meydan sahibi 3 0
qonaqlar 5 0
cəmi: 8 0
Kamranbəy Rəhimov - 2 oyun
meydan sahibi 4 0
qonaqlar 4 0
cəmi: 8 0
Elvin Bayramov - 1 oyun
meydan sahibi 3 0
qonaqlar 0 0
cəmi: 3 0
Mirağa


