Qonorarını 5 milyon azaltdı
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Fevral ayında müğənni Qriqori Lepsin çıxışlarına tələbat kəskin şəkildə azalıb və müğənninin bir saatlıq konsertinin qiyməti 15 milyon rubldan 10 milyona düşüb.
Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, Leps hələ 2025-ci ilin payızında çıxışları üçün 15 milyon rubl tələb edirdi. Lakin Yeni il bayramlarından sonra onun konsertlərinə maraq ciddi şəkildə zəifləyib. Fevral ayı üçün müğənninin cəmi iki özəl konserti planlaşdırılıb.
Sənətçinin meneceri qiyməti 5 milyon rubl azaltmasına baxmayaraq, ay üzrə 22 tarix boş qalıb.
Kanalı Qriqori Lepsi fevral ayında ən az tələbat olan ifaçılardan biri adlandırıb. Tamaşaçı marağının azalmasının konkret səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, ötən ilin sonunda mətbuatda Lepsin 2025-ci ilin ən yüksək gəlir əldə edən sənətçilər reytinqində ikinci yerdə qərarlaşdığı bildirilmişdi. O, 79 konsert verərək ümumilikdə 908,5 milyon rubl qazanıb.
Baxış sayı:23
Bu xəbər 20 Yanvar 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















