Icma.az
close
up
RU
Qonşu ölkədə azərbaycanlılara təzyiq edilir Bakı cavab verəcəkmi?

Qonşu ölkədə azərbaycanlılara təzyiq edilir Bakı cavab verəcəkmi?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər Türkiyənin Qars vilayətinin Diqor rayonunda azərbaycanlıların müxtəlif səbəblərdən yaşadıqları kənddən çıxarıldığı barədə məlumatlar yayılıb. Yayılan rəylərdə, Türkiyənin şərq bölgəsindəki türk kəndlərində vəziyyətin uzun illərdir gərgin olduğu, azərbaycanlılar da daxil olmaqla bir çox türkün kürdlər tərəfindən təhdid edildiyi və xoşagəlməz davranışlarla üzləşdiyi bildirilir.

Məlumat verən şəxslər arasında, həmin ərazidə yaşadıqları müddətdə bu problemlərlə üzləşdikləri üçün ailələri ilə birlikdə digər bölgələrə köçənlər də var.

Diqqətçəkən məqam isə ondan ibarətdir ki, həmin ərazilərdə yaşayan azərbaycanlılar Türkiyə vətəndaşları olsalar da, bizim soydaşlarımızdır.

Azərbaycanın rəsmi qurumları məsələ ilə maraqlanırmı? Beynəlxalq hüquqa və mənəvi öhdəliyə görə, rəsmi Bakı buna müdaxilə etməlidirmi?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, hər bir ölkənin öz qanunları, vətəndaşlarına qarşı öhdəlikləri və vəzifələri var:

“Türkiyə də Azərbaycan kimi çoxmillətli ölkədir. Orada çox sayda müxtəlif etnik mənşəli insanlar yaşayır. Türk əsilli şəxslərin müxtəlif qollarına aid olan toplumlar da mövcuddur. Hətta bəzi hallarda həmin insanların bir-birinə münasibətində müəyyən ziddiyyətlərin olduğu da görünür”.

Xəyal Bəşirov

Xəyal Bəşirov, Azərbaycan-Türkiyə münasibətlərinin bu məsələdə mütləq nəzərə alınmalı olduğunu vurğulayıb:

“İki ölkə arasındakı münasibətlər çox yüksək səviyyədə inkişaf edir. Bu hər iki xalqın maraqlarına xidmət edir. Günü-gündən sözügedən inkişafın artdığının daha yaxşı şahidi oluruq. Ayrı-ayrı məsələlərlə bağlı beynəlxalq səviyyədə də bir-birimizi dəstəkləyirik. Əgər Türkiyənin yerində başqa bir dövlət olsaydı, belə bir məsələdə rəsmi qurumların etinasız yanaşacağını düşünərdik. Amma Türkiyədən belə bir yanaşmanın olması gözlənilmir. Ümumiyyətlə, bir toplum tərəfindən digərinə qarşı belə münasibət xoşagəlməzdir. Türkiyə də buna reaksiya verəcək. Bu, həmin ölkənin qanunvericiliyinə də ziddir və gələcəkdə daha xaotik vəziyyətlərin yaranmasına səbəb ola bilər”.

Hüquqşünas qeyd edib ki, Azərbaycan bu cür məsələlərdə heç vaxt sakit qalmayıb:

“Bu, dövlətin öz vətəndaşlarına, xüsusilə də Azərbaycan əsilli insanlara qarşı münasibətdə vəzifələrindən irəli gəlir. Sözügedən məsələdə Azərbaycanın heç bir addım atmasına ehtiyac qalmayacaq. Türkiyə özü, rəsmi Bakı ilə münasibətlərin həssaslığını yaxşı bilir və Azərbaycan əsilli insanların belə münasibətlərə məruz qalmasına səssiz qalmayacaq”.

Türkiyəli politoloq Hüsamettin İnaç isə məsələyə belə münasibət bildirib:

Hüsamettin İnaç 

“Sözügedən iddialarla bağlı ciddi araşdırma apardım. Lakin Türkiyə mediasında və ya rəsmi şəxslər tərəfindən sözügedən məsələ ilə bağlı heç bir məlumat və açıqlama yoxdur.

Ona görə də, bu cür açıqlamaların manipulyasiya xarakteri daşıdığını düşünürəm. Təcrübələrimə əsasən deyə bilərəm ki, həm azərbaycanlılara, həm də türk vətəndaşlarına qarşı kürdlər tərəfindən təzyiq və təhdidlərin olduğu inandırıcı deyil. Xüsusən də Türkiyə daxilində, Qars kimi bir ərazidə PKK-nın heç bir təsiri və təzyiq mexanizmi yoxdur. Ölkə qanunlarına qarşı çıxacaq və qarşıdurma yaradacaq potensiala da malik deyil. Belə bir hal olarsa, mütləq mediada yayımlanardı”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri