Icma.az
close
up
RU
Qonşu ölkədə gözlənilməz olay Azərbaycanlıları niyə zəncirə qoşdular?

Qonşu ölkədə gözlənilməz olay Azərbaycanlıları niyə zəncirə qoşdular?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanda vəziyyət yenidən gərginləşib. Belə ki, dekabrın 28-də on minlərlə Gürcüstan vətəndaşı Tbilisidə və ölkənin bir sıra şəhərlərində “Birlik zənciri” yaradıblar. Borçalıda yaşayan azərbaycanlılar da bu birlik aksiyasına qoşulublar. Şəhərin müxtəlif yerlərində canlı zəncirə siyasətçilər, eləcə də prezident Salome Zurabişvili qoşulub. Görünür, daha çox insan artıq etirazlara cəlb olunub.

Bütün maneələrə baxmayaraq Mixeil Kavelaşvilinin andiçməsi baş tutub.

Bəs bu etirazların nəticəsi nə olacaq?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, Rusiyanın Qafqazdan sıxışdırılması prosesi davam edir:

“Proses müxtəlif hadisələrlə özünü göstərir. Gürcüstan Rusiyanın Qafqazda qalıb-qalmayacağını müəyyən edən geosiyasi məkana çevrilib. Burada olan hadisələr Qərb-Rusiya qarşıdurmasının episentridir. Məhz buradakı hadisələrin nəticəsi Rusiyanın Qafqazda mövcudluğunu ya təmin edəcək, ya da əksi baş verəcək”.

Vəli Əlibəyov 

Politoloqun sözlərinə görə, belə hadisələrin nəticəsini xalq yox, müxtəlif güc mərkəzləri müəyyən edir:

“ABŞ-da Donald Tramp hakimiyyətə başlayandan dərhal sonra Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara başlayacağını bildirmişdi. Şübhəsiz bu danışıqlar Gürcüstandakı hadisələrə də təsirini göstərəcək. Ukrayna ilə bağlı hansısa razılıq əldə edilərsə, Gürcüstandakı proseslərə də təsir edəcək. Həmin danışıqlarda Rusiya məğlub tərəf kimi ayrılarsa, “Birlik zənciri” heç bir uğur əldə etməyəcək. Hakimiyyət Qərbyönümlü liderdə olacaq”.

Politoloq Elçin Xalidbəyli isə məsələyə belə münasibət bildirib:

“Gürcüstanda baş verən hadisələr ABŞ, Aİ və Fransanın Gürcüstanda hakimiyyət dəyişikliyi ilə bağlı cəhdlərinin həlledici mərhələsinin başlandığını göstərir. Bu mərhələdə sabiq prezident Salome Zurabişvilinin rəhbərliyi altında iki hakimiyyətlilik yaratmağa çalışırlar. Əgər bu vəziyyət yaranarsa, bu situasiyadan istifadə edərək Gürcüstanda vətəndaş müharibəsi törətmək mümkün olacaq. Bu arealı genişləndirərək bütün Cənubi Qafqaza yaymaq və yeni savaşın törədilməsi ilə bağlı qarşıya qoyulan məqsədi reallaşdırılacaq. ABŞ və Qərb Gürcüstana nəzarət etmək niyyətindən qətiyyən imtina etməyib. Bunu nəyin bahasına olursa olsun həyata keçirmək üçün bütün mümkün vasitələrdən istifadə etmək istəyir”.

Elçin Xalidbəyli 

Politoloq qeyd edir ki, ölkəni təhlükəli vəziyyətə sürükləyib-sürükləməmək Gürcüstanın hazırkı hakimiyyətindən asılıdır:

“Bəzi məlumatlara görə, Gürcüstan ordusuna Qərbin təsir imkanları mövcuddur. Əgər ordu Salome Zurabişvilinin etirazçı düşərgəsini dəstəkləyərsə, hakimiyyət üçün ciddi problemlər yarana bilər. Nəticədə ABŞ və Qərb öz hədəfinə çatmış olacaq. Hələlik müşahidələr onu göstərir ki, Gürcüstan hökuməti vəziyyətə nəzarət etməyi bacarır. Yeni prezident öz səlahiyyətinə başladıqdan sonra daha təsirli addımlar atılacaq. Hətta iki hakimiyyətlilik yarandığı halda Gürcüstan hakimiyyəti ölkə konstitusiyasının kobud şəkildə pozulduğunu əsas gətirərək bu plan üzrə hərəkət edən siyasi liderləri həbs etdirə bilər. Bu da Gürcüstanda kütləvi həbsləri ön plana salır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri