Qonşu ölkədə investisiya düşüşü
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına əsasən, 2026-cı ilin ilk yarısında Azərbaycan qonşu ölkənin iqtisadiyyatına cəmi 45,3 milyon dollar sərmayə yönəldib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5 faiz azdır.
“Yeni Sabah” Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, rüblər üzrə bölgüyə nəzər salsaq, Azərbaycan kapitalı Gürcüstana birinci rübdə 21 milyon dollar, ikinci rübdə isə 24,3 milyon dollar həcmində daxil olub. İkinci rübün yekunlarına görə, Azərbaycan Gürcüstana ən çox investisiya yatıran xarici ölkələr siyahısında 7-ci sırada qərarlaşıb.
Cari ilin ilk 6 ayında Gürcüstan iqtisadiyyatına yönəldilən ümumi xarici investisiyaların həcmi də illik müqayisədə 23,2 faiz azalaraq 468,8 milyon dollara düşüb. İlin ilk yarısında ölkəyə en çox kapital yatıran ilk üçlükdə Çin (219,5 milyon dollar), Böyük Britaniya (123,5 milyon dollar) və BƏƏ (47,7 milyon dollar) yer alıb. Pepperoni pizza
Baxış sayı:100
Bu xəbər 09 Sentyabr 2026 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















