Icma.az
close
up
RU
Qonşu ölkələrdə yeni virus YAYILIR Azərbaycanda da qeydə alınıb? RƏSMİ AÇIQLAMA

Qonşu ölkələrdə yeni virus YAYILIR Azərbaycanda da qeydə alınıb? RƏSMİ AÇIQLAMA

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Dünya növbəti bir pandemiya ilə üzbəüzdür. Mutasiyaya uğramış H3N2 qrip virusu sürətlə yayılır. Artıq Türkiyənin Diyarbakır bölgəsində virusun ilkin əlamətləri qeydə alınıb, yaxın həftələrdə isə virusun İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərə yayılacağı gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:
Onlarla ölkəni ölümcül virus DALĞASI BÜRÜDÜ – “Bütün dünyaya yayılacaq” – SİMPTOMLAR


Mütəxəssislərin bildirdiyinə görə, mənşəyi Avstraliyaya gedib çıxan və ən azı 7 mutasiya keçirmiş H3N2 variantı mövsümə vaxtından əvvəl başlayaraq bir çox ölkədə yoluxma sayını qısa müddətdə ikiqat artırıb.
Ekspertlər bu qışın son 10 ilin ən ağır qrip mövsümlərindən biri ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Türkiyəli həkimlər hazırda böyük şəhərlərdə geniş yayılmış epidemiya olmadığını desələr də, Diyarbakırda erkən artımın virusun ölkəyə daxil olduğunu göstərdiyini vurğulayırlar. Havaların soyuması və qapalı məkanlarda qalma müddətinin artması ilə yoluxmaların sürətlə çoxalacağı bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl bu virus Ermənistanda da qeydə alınıb.
Mütəxəssislər qeyd edir ki, təhlükə təkcə H3N2 ilə məhdudlaşmır. Bu mövsüm RSV və rinovirus da eyni vaxtda aktivdir və xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliyi olanlar üçün risk yaradır. Yeni H3N2 variantı əvvəlki qriplə müqayisədə daha sürətlə yayılır, lakin əlamətlər əsasən dəyişmir: yüksək hərarət, halsızlıq, boğaz ağrısı, öskürək və əzələ ağrıları.
Həkimlər risk qruplarına daxil olan şəxslərə qrip əleyhinə peyvənd, gigiyena qaydalarına ciddi əməl etməyi və simptomlar ağırlaşdıqda dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.
Bəs H3N2 virusu Azərbaycanda qeyd alınıbmı?
Suala cavab tapmaq üçün Səhiyyə Nazirliyinə sorğu göndərdik. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə epidemioloji vəziyyət daim nəzarət altındadır:
“Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yoluxmanın qarşısını almaq məqsədi ilə əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalara, həmçinin profilaktik tədbirlərə riayət etməyi tövsiyə edir. Bundan əlavə, kəskin respirator xəstəlik əlamətləri olan şəxslərdən götürülən nümunələr yoxlanılması üçün XTİNM-nin virusoloji laboratoriyasına göndərilir. 
Ölkədə epidemioloji vəziyyət daim nəzarət altındadır. Səhiyyə Nazirliyi tərəfindən qrip virusunun yayılması ilə əlaqədar profilaktik və əksepidemik tədbirlər həyata keçirilir. Bunlardan ən əhəmiyyətlisi payız-qış mövsümi başlamadan öncə mövsümi qripə qarşı peyvənd işinin aparılmasıdır. Virus respirator yolla yayıldığı üçün xüsusilə risk qrupuna daxil olan şəxslər (azyaşlı uşaqlar, yaşlılar, səhiyyə işçiləri, xroniki xəstəliyi olanlar və hamilə qadınlar) üçün profilaktik tədbirlərə diqqət yetirmək vacibdir”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Dekabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri