Icma.az
close
up
RU
Qonşuda böyük xaos: İranda livanlaşma siqnalları

Qonşuda böyük xaos: İranda livanlaşma siqnalları

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

İranda iqtisadi gərginlik artıq sosial gərginliyə transformasiya olunub və bu dalğanın təsiri ilə dekabrın sonlarından başlayaraq paytaxt Tehranla paralel ölkənin bir çox şəhərlərində toqquşmalarla müşayiət olunan aksiyalar keçirilir.
​Daha əvvəlki analoji hadisələrdən hal-hazırda baş verənlərin əsas fərqi bir sosial qrupun deyil, daha geniş sosial qrupların etirazlara qoşulmasıdır. Xüsusən İran rialının sürətli dəyərsizləşməsi ticarətçilərin də satışları saxlayaraq etirazlara dəstək verməsi ilə nəticələnib.
 

​Ancaq problem sadəcə rialın dəyərini itirməsində deyil, Tehran və ətrafında müşahidə edilən su böhranı, bütün ölkədə mövcud olan enerji böhranı da hökumətin problemin həlli üçün addımlarını çətinləşdirir. Xüsusilə son 12 günlük müharibə zamanı enerji infrastrukturuna endirilən zərbələr elektrik enerjisi ilə təminatı çətinləşdirib. Bunun fonunda daxili tələbatı ödəmək üçün istehsal həcmləri də daralıb. Misal üçün, artıq hökumət yanacaqla da özü-özünü təmin etməkdə çətinlik çəkir. Yanacaq böhranını idxal hesabına ödəmək də ayrı bir problemdir. Çünki etirazlardan ehtiyat edən hökumət uzun illərdir benzin və dizel qiymətlərini korrektə etməyib. Hal-hazırda İranda 1 litr suyun qiymətinə 4-5 litr benzin almaq mümkündür. Ona görə idxal benzinlə problemi aradan qaldırmaq iqtisadi baxımdan mümkünsüzdür.


​Bununla yanaşı, 12 günlük müharibə Tehranı öz strategiyalarını yenidən nəzərdən keçirərək əldə olan vəsaiti sosial deyil, hərbi sahəyə yönəltməyə məcbur edir. Ona görə inflyasiya və sosial problemlərlə effektiv mübarizə üçün hökumətin əlində maliyyə vəsaitləri yox dərəcəsindədir.
​BMT, ABŞ və Avropa İttifaqının sanksiya siyasətini sərtləşdirməsi də əlində vəsaiti olan iranlıları qızıl və dollara yatırım edərək ölkədən çıxarmalarına səbəb olur.

​Hal-hazırda baş verənlərin nə qədər davam edəcəyi və iqtisadi tələblərlə başlayan aksiyaların siyasi tələblərə keçib, ölkə daxilində hansısa dəyişikliyə gətirəcəyini proqnozlaşdırmaq çətindir.Ancaq bu hadisələr İran daxilində etnik zəmində gərginliklərin artmasına ciddi təkan verə bilər. Belə ki, molla rejimi və rejimin əsas dayağı olan SEPAH özünə loyal qrupları hadisələrin yatırılmasına cəlb edə bilər ki, bu da daxildə etnik toqquşmaları alovlandıra bilər.
​Xüsusilə belə bir təhlükə Urmiya və Xoy ərazilərində daha çox ehtimal edilir. Uzun müddətdir bu ərazilərin etnik tərkibinin dəyişdirilməsi, bu bölgələrin Azərbaycan və Türkiyə ilə əlaqələrinin kəsilməsi üçün bölgənin kürdləşdirilməsi siyasəti həyata keçirilir. Paralel olaraq PKK-nın qolu olan PJAK da bu ərazilərdə möhkəmlənməkdədir. Hal-hazırda kürd qruplar SEPAH-ın dəstəyi ilə əsas qaçaqmalçılıq yollarına nəzarət edir və buradan gələn gəlirlər hesabına Urmiya və Xoy ərazilərində kütləvi şəkildə torpaqlar almaqdadır. Ona görə, vəziyyətin gərginləşməsi fonunda SEPAH PJAK-dan dəstək ala və qeyd edilən ərazilərdə türk əhali kürdlərin əli ilə susdurulmağa çalışıla bilər.
​Əgər mərkəzi hökumət hal-hazırda baş verən prosesləri nəzarət altına ala bilməsə və vəziyyət nəzarətdən tamamilə çıxsa, o zaman Qərb dairələrinin də dəstəyi ilə İranın "livanlaşması" prosesinə də start verilə bilər.
"Livanlaşma" nədir? "Livanlaşma" mərkəzi hökumətin zəif olması, regionların etnik idarəedilməyə verilməsidir. Şərti olaraq mərkəzi hakimiyyət olsa da, hər bir region özünəməxsus iqtisadi nemətlər üzərində özü qərar verir, hər kəsin öz polisi, öz ordusu və öz məhkəməsi olur. Beləliklə, dövlət zəif, daxili çəkişmələrlə zəngin bir dönəmə qədəm qoyur. İranın "livanlaşması" əslində Qafqaz regionu üçün də təhlükəsizlik təhdidləri formalaşdırmaqdadır.
​İlk növbədə qeyri-stabil qonşu oradan miqrasiya axınlarını sürətləndirəcək. Digər məqam isə İranın daxilində gərginliyin dərinləşməsi "Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşması müddətinə də mənfi təsir edəcək.
​Bir sözlə, İran daxilində gərginlik bizim strateji maraqlarımızı, regionumuzu da təhdid edir. Ona görə də orada baş verənləri yaxından izləmək və çevik addımlar atmaq həyati əhəmiyyətlidir. oxu.az

Aqil Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Yanvar 2026 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri