Icma.az
close
up
RU
Qonşuda bu hal baş verəndə 102 yə zəng edin!

Qonşuda bu hal baş verəndə 102 yə zəng edin!

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bina evlərində qonşular arasında ən çox mübahisə yaradan məsələlərdən biri səs-küydür. Xüsusilə üst mərtəbədə azyaşlı uşaq varsa, onun qaçması, oynaması, ağlaması və gecə saatlarında səs salması alt qonşular üçün narahatlığa çevrilir.

Bir tərəf uşağın hələ kiçik olduğunu, səsini tam nəzarətdə saxlamağın mümkün olmadığını deyir, digər tərəf isə öz evində rahat yaşamaq və dincəlmək istədiyini bildirir. Nəticədə adi məişət narazılığı bəzən təhqirə, davaya qədər gedib çıxır.

Bəs belə hallarda qanun kimin tərəfindədir? Marqarita pizza

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki,  azyaşlı uşağın ağlaması və evdə oynayarkən səs salması inzibati məsuliyyət üçün əsas sayılmır:

“İnzibati Xətalar Məcəlləsində gecə saatlarında səs-küyə görə inzibati məsuliyyət nəzərdə tutulub. Gecə vaxtı saat 00:00-dan səhər saat 07:00-dək olan müddət hesab edilir. Təbii ki, gündüz saatlarında da qanunsuz səs-küyə görə tədbir görülə bilər. Lakin bu, körpə uşağın ağlamasına aid deyil. Düzdür, burada da müəyyən məqamlar var. Məsələn, uşaq fasiləsiz olaraq 10 saat ağlayırsa və valideyni ona yemək vermirsə, bu hal araşdırılmalıdır.

Araşdırma zamanı valideynin uşağa qəsdən yemək vermədiyi və ya onu sakitləşdirmək imkanı olduğu halda buna laqeyd yanaşdığı müəyyən edilərsə, həmin valideyn inzibati məsuliyyətə cəlb oluna bilər. Çünki uşağın davamlı ağlaması qonşuların istirahətinə mane olur. Ancaq bu, çox incə məsələdir. Belə hallarda, demək olar ki, 99,9 faiz ehtimalla cəza tətbiq olunmur. Çünki vəziyyətin ətraflı araşdırılmasına ehtiyac var”.

Tağı Hüseynov bildirib ki, səs-küydən narahat olanlar 102-yə müraciət edə bilər, lakin uşağın gündüz ağlaması və oynaması valideynin avtomatik cəzalandırılması üçün əsas deyil:

“Vətəndaş qonşularının səs-küyə görə narahat olduğunu bildirərək 102 xidmətinə müraciət edə bilər. Lakin gündüz saatlarında uşağın ağlaması, evdə qaçıb-oynaması və səs salması adi haldır. Buna görə də hər belə vəziyyətdə polis gəlib valideyni inzibati məsuliyyətə cəlb edə bilməz.

Uşaq öz hərəkətlərinə görə tam məsuliyyət daşıya biləcək yaşda və şüur səviyyəsində deyil. O, səsinin qonşuları narahat etdiyini dərk etməyə bilər. Valideyn də buna görə uşağı döyməməli, ona qarşı zorakılıq tətbiq etməməlidir. Bu da qanunsuzdur. Ona görə də məsələ kifayət qədər həssasdır və həlli çətindir. Şikayət daxil olarsa, məsələnin necə araşdırılacağı aidiyyəti qurumun yanaşmasından asılıdır. Araşdırma zamanı uşağa həqiqətən yemək verilmədiyi, yaxud onun ağlamasına səbəb olan başqa halların mövcudluğu müəyyənləşdirilməlidir. Məsələn, valideyn uşağa qarşı düzgün davranmır, onu qıcıqlandırır və ya elə şərait yaradır ki, uşaq çarəsiz vəziyyətdə davamlı ağlayır. Belə hallar da nəzərə alınmalıdır”.

Onun sözlərinə görə, uşağın davranışı qiymətləndirilərkən yaşı və hərəkətlərini nə dərəcədə dərk etməsi nəzərə alınmalıdır:

“Bu səbəbdən məsələni yalnız səs-küy kimi qiymətləndirmək düzgün deyil. Burada uşağın hüquqları və təhlükəsizliyi də nəzərə alınmalıdır. Aidiyyəti qurumlar, o cümlədən polis və yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar vəziyyəti araşdıra bilərlər.

Zərurət yaranarsa, qəyyumluq və himayəçilik orqanlarının da məsələyə cəlb olunması mümkündür. Ancaq belə halların nə dərəcədə dərindən araşdırılacağı və nəticədə ədalətli qərarın verilib-verilməyəcəyi ilə bağlı müəyyən çətinliklər var. Şəxsi təcrübəmdə bu cür hallarla bağlı konkret nümunəyə rast gəlməmişəm. Ümumiyyətlə, belə şikayətlərin də nadir hallarda edildiyini düşünürəm. Bununla belə, qanunvericiliyin tələbləri və hər bir konkret halın xüsusiyyətləri nəzərə alınmalıdır”.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Oktyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri