Icma.az
close
up
RU
Qonşuda Zəngəzur panikası: Üç ölkənin “yolu kəsildi”, tarixi düşmən hərəkətə keçdi

Qonşuda Zəngəzur panikası: Üç ölkənin “yolu kəsildi”, tarixi düşmən hərəkətə keçdi

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili son açıqlamalarında Rusiya və Azərbaycan arasında artan gərginliyin süni şəkildə “şişirdildiyini”, bunun arxasında Moskvanın Ermənistanın daxili siyasi sabitliyini pozma niyyəti olduğunu qeyd edib. Saakaşvili Kremlin İrəvanı yenidən təsir dairəsinə qaytarmaq və bu vasitə ilə Azərbaycana qarşı təzyiq aləti formalaşdırmaq istədiyini vurğulayıb.

O, həmçinin, yaxın zamanda Cənubi Qafqazda sülhün bərqərar olacağını və Rusiyanın bu bölgədəki təsirini tamamilə itirəcəyini bildirib. Sabiq prezident Zəngəzur dəhlizinin (TRİPP) reallaşmasının Rusiya, İran və Gürcüstanın yeni geosiyasi düzəndən kənar qalmasına səbəb olacağını söyləyib.

Saakaşvilinin bəyanatları bölgədəki geosiyasi vəziyyəti necə dəyişdirə bilər? Zəngəzur dəhlizi Rusiya, İran və Gürcüstanın regional təsirini həqiqətən də məhdudlaşdırırmı?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli bildirib ki, Gürcüstanın sabiq prezidentinin açıqlamaları obyektiv təhlilə əsaslanmır:

Azərbaycan Gürcüstan üzərindən keçən marşrutla alternativ yaratmır, sadəcə regiondakı nəqliyyat və kommunikasiya imkanlarının artırılması, şaxələndirilməsi məqsədi üçün çalışır. Zəngəzur dəhlizi yeni orta marşrutun potensialını gücləndirərək əlavə imkanlar yaradacaq və Cənub qolu kimi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin davamı olacaq. Azərbaycan yaxın günlərdə bu yolun modernizasiyası və ötürücü qabiliyyətinin artırılması ilə bağlı Çidən olan tərəfdaşları ilə memorandum imzalayıb. Bu da göstərir ki, Azərbaycan Gürcüstan üzərindən keçən marşrutlarda aktivdir və nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsində maraqlıdır.

Təəssüf ki, Saakaşvilinin açıqlamaları əsasən Gürcüstanın daxili siyasi auditoriyasına yönəlib və onun siyasi maraqlarını əks etdirir. Sabiq prezident Gürcüstanla Qərb arasında yaranmış gərgin vəziyyətə diqqət çəkir və bunun rəsmi Tibilisini zəiflətdiyini vurğulayır. Azərbaycan isə Gürcüstanın geosiyasi seçiminə hörmət edir və bu diskursa qatılmır. Gürcüstan Azərbaycanın strateji müttəfiqidir, rəsmi Bakı qonşu ölkənin tranzit potensialının qorunması və inkişafında Tbilisi qədər maraqlıdır. Ölkəmiz regionda nəqliyyat və kommunikasiya xətlərinin inkişafında əsas rol oynayır, habelə regional inteqrasiyanın irəliləməsində fəal iştirak edir”.

Həmçinin oxuyun:

Saakaşvili Bakıdan gələn xəbərə sevindi – Tamam başqa proses gedir!


Zaur İbrahimli

Politoloq qeyd edib ki, Azərbaycan Gürcüstanın oyundan kənar qalmasına razı ola bilməz:

“Yeni kommunikasiya imkanları Cənubi Qafqazın üç ölkəsinin inteqrasiyasını mümkün edir. Əgər Ermənistan da doğru qərarlar qəbul etməyə davam edərsə, yaxın perspektivdə regional kommunikasiya sisteminə qoşulacaq. Bu isə Azərbaycan, Gürcüstan və Ermənistanın imkanlarını artıracaq, bölgədə ticarəti asanlaşdıracaq, həm Türkiyə, həm də Mərkəzi Asiya ilə əlaqələri gücləndirəcək.

Zəngəzur dəhlizini bölücü perspektivdən qiymətləndirmək doğru deyil. Bu dəhliz unikal keyfiyyətlərə malikdir və regiondakı bütün ölkələr – Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Rusiya ondan faydalana bilər. Türkiyə Zəngəzur dəhlizi vasitəsilə mərkəzi çıxış əldə edir. İran bu dəhlizə qoşula bilər. Ermənistan Azərbaycan üzərindən Gürcüstanla birbaşa dəmir yolu əlaqəsi qurur, Gürcüstan isə Türkiyə ilə əlavə dəmir yolu əlaqəsi təmin edir. Rusiya da Zəngəzur dəhlizindən istifadə edərək Türkiyə və İranla alternativ dəmir yolu əlaqələrinə malik olur.

Zəngəzur dəhlizi həm geosiyasi, həm də iqtisadi baxımdan böyük imkanlar təqdim edir və məhz bu perspektivdən qiymətləndirilməlidir. Onu fərqli baxışlarla qiymətləndirmək yalnız daxili siyasi maraqlara xidmət edir. Fikrimcə, Gürcüstanın sabiq prezidenti və tərəfdaşları yaxın gələcəkdə Zəngəzur dəhlizinin real faydalarını bütün regionun görəcəyini anlayacaqlar”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Avqust 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri