Icma.az
close
up
RU
Qonşularımızın təxribatlarına qarşı güclü immunitetimiz formalaşıb

Qonşularımızın təxribatlarına qarşı güclü immunitetimiz formalaşıb

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Şimal və cənub qonşularımızın ölkəmizə qarşı təxribatları, informasiya hücumları dayanmaq bilmir. 50 min pakistanlı muzdlu silahlıların, terrorçuların guya Əfqanıstan və Türkmənistan vasitəsilə Azərbaycana köçürülməsi barədə iddiaların ortaya atılması da Rusiya və İranın ölkəmizə qarşı növbəti birgə təxribatıdır. Bu iddianı "Rusiya Politoloqlar Cəmiyyəti"nin Analitik Mərkəzinin direktoru Andrey Serenko səsləndirib. Bədnam SEPAH-ın təbliğat-təşviqat qrupu da tez-tez bu kimi cəfəng iddialarla, saxta informasiyalarla (fake news) çıxış edir.
Andrey Serenkonun səsləndirdiyi cəfəng iddia Azərbaycanla bərabər, Əfqanıstan və Türkmənistana qarşı yönəlib. Bu iddianın əsas məqsədi Azərbaycanı və adı çəkilən digər ölkələri beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirmək, onları qınaq və təzyiq hədəfinə çevirməkdir. Belə bir saxta xəbəri qəsdən yaymaqla belə bir təsəvvür yaratmağa çalışırlar ki, guya, Azərbaycana muzdlu döyüşçülər, terrorçular transfer olunur, terror şəbəkəsi formalaşdırılır və beləliklə, regionun təhlükəsizliyinə ciddi təhdidlər yaranır. Bu, tamamamilə absurd və əsassız bir iddiadır. Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar olması, Ermənistanla yekun sülh sazişinin tezliklə imzalanması üçün əlindən gələni edir. Belə bir durumda regiona muzdlu qüvvələri, terrorçuları gətirmək sülhə can atan bir ölkəyə ziyandan başqa nə verə bilər ki? Əlbəttə, heçnə! Hər kəs anlayır ki, sülh üçün çalışan bir ölkənin terrorçulara üz tutması tamamilə məntiqdənkənar hərəkət olardı. Özünə politoloq deyən rusiyalı təxribatçı Andrey Serenko isə bu adi həqiqəti hər kəsdən daha tez başa düşməliydi.
Lakin rusiyalı politoloq özünü qəsdən axmaq yerinə qoyaraq belə bir feyk-xəbəri, dezinformasiyanı qəsdən ortaya atıb, tirajlayıb. Çünki ona burbaşa Kremldən belə bir tapşırıq verilib. Kremlin tezisləri ilə çıxış edən rusiyalı politoloqlar, Z-blogerlər, propaqandistlər bu cür fantastik, ağlasığmaz iddiaları, şayiələri bilərəkdən dövriyyəyə buraxırlar. Burada ilkin hədəf Azərbaycan dövlətini və xalqını terrorla əlaqələndirmək, "islam terrorizmi" ilə eyniləşdirməkdir. Bir sonrakı hədəfləri isə həm beynəlxalq ictimai rəydə Azərbaycanın neqativ obrazını yaratmaq, həm də "beynəlxalq terrorizmə qarşı mübarizə" adı altında Rusiyanın Cənubi Qafqaza və Azərbaycana silahlı müdaxiləsi üçün zəmin formalaşdırmaqdır.
Göründüyü kimi şimal qonşumuz bu cür məkrli hədəflərinə çatmaq üçün hər cür dezinformasiyalar yaymağa, istənilən təxribata əl atmağa hazırdır. Rusiya tərəfi bu cür təxribatçı iddiaları ortaya atmaqla, necə deyərlər, "bir güllə ilə iki dovşan vurmağa" çalışır. Ukrayna "bataqlığı"nda çabalayan Rusiyanın özünün bu gün muzdlu döyüşçülərə, hər cür kateqoriyalardan olan terrorçulara ciddi ehtiyacı var. Və bu gün Rusiya ordusunda nizami hərbçilərlə bərabər, həbsxanalardan birbaşa cəbhə xəttinə göndərilmiş qatı cinayətkarların, residivistlərin, muzdluların döyüşməsi faktları heç kim üçün sirr deyil. Vaxtilə "ÇVK Vaqner" kimi cinayətkar-muzdlu qatil dəstəsini yaradaraq dünyanın bir çox ölkələrində, o cümlədən Suriya, Ukrayna, Belarus və Afrika qitəsində təxribatlar törədən, silahlı münaqişələr yaradan Rusiya indi öz "ad"ını Azərbaycana qoymaq istəyir.
Lakin Kreml Rusiya ictimaiyyətini yanlış məlumatlandırsa da, dünya ictimaiyyətini aldada bilməz. Bu gün bütün dünya bilir ki, Azərbaycanın çox güclü və peşəkar ordusu var və biz torpaqlarımızı öz gücümüzlə işğaldan azad etmişik. Prezident İlham Əliyevin vurğuladığı kimi biz qalib ölkəyik, bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirib. Ona görə də qalib Azərbaycanın muzdlulara, terrorçulara əsla ehtiyacı yoxdur. Buna ehtiyacı olan ölkə məhz Rusiyadır. Bu gerçəkliyi dünyada da yaxşı bilirlər. Rusiya isə iz azdırmaq üçün bu cür iddiaları ortaya atır, bütün diqqətləri Azərbaycana tərəf yönəltməyə çalışır. Lakin bu cür ucuz və bəsit variantlar Rusiyanın öz əleyhinə işləyir. Kreml Azərbaycanla münasibətləri normallaşdırmaq əvəzinə, bu cür təxribatlara yol verməklə iki ölkə arasında gərginliyi daha da artırır. Beləliklə, Rusiyanın bütün maskaları düşür. Azərbaycan isə şimaldan və cənubdan gələn təhdidlərə, təxribatlara artıq çoxdan öyrəncəlidir. Qonşularımızın təxribatlarına qarşı güclü immunitetimiz formalaşıb.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri