Icma.az
close
up
RU
Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Mətbuatda verilən xəbərə görə, ölkəmizdə Azərbaycan dilinin orfoqrafiya lüğətinin növbəti nəşrinə hazırlıq gedir. Buna görə həm mətbuatda, həm də sosial şəbəkələrdə ana dilimizin müzakirəsinin xeyli intensivləşməsini müşahidə edirik.

Bu müzakirələrə qoşulanlardan bir qrupunun müasir Azərbaycan dilində söz azlığından şikayət etdiyinin də şahidi oluruq. Qəribədir ki, bu mövzuda şikayət edənlər arasında akademik filoloqlarımız da var, dilçiliklə heç bir bağlılığı olmayanlar da. Ancaq mənə maraqlıdır, görəsən, bu şikayətçilərdən (akademiklər də daxil olmaqla) kimsə dilimizdə olan sözlərdən heç olmasa 30 faizini gündəlik danışığında və ya yazılarında istifadə edirmi?

Mənim fikrimi bilmək istəsəniz, deyə bilərəm ki, müasir Azərbaycan dilinin lüğət fondu istənilən mövzuda tam anlaşıqlı tərzdə danışmağa və yazmağa imkan verir və dilimizin yalnız elm və texnikanın son illərdə baş verən sürətli inkişafı nəticəsində yaranmış yeni söz və söz birləşmələri hesabına zənginləşdirilməsinə ehtiyac vardır. Bundan ötrü isə dildəki sözlərin sayını lazımsız sözlərlə artırıb, 300-500 minə çatdırmağa ehtiyac yoxdur.

Bu gün dilimizdə söz azlığından şikayət edənlər çox vaxt rus dilinin zənginliyini az qala gözə soxurlar. Halbuki gündəlik istifadə etdiyimiz elə sözlər vardır ki, rus dillində onların qarşılığını tapmaq əsla mümkün deyil. Fikrimi aydınlaşdırmaq üçün ilk növbədə Azərbaycan dilində olan yaxın qohum adlarının rus dilindəki qarşılıqlarını nəzərdən keçirək (bu sözlərdən danışmağım bu il iyul ayının birindən ölkədə qəbul edilmiş qanuna görə yaxın qohumların evlənməsinə qoyulan qadağa ilə əlaqədar deyil). Əslində bu tip sözlər dilin yenicə təşəkkül tapdığı dövrlərdə yaranmalı olduğundan, hər hansı inkişaf etmiş xalqın nitqində qarşılıqlıarının da olması gözləniləndir. Bununla belə, söz bazasının zənginliyi ilə bəzilərinin bizə misal göstərdiyi rus dilində məhs yaxın qohum adlarında böyük anlaşılmazlıq vardır. Məsələn, bizim əmi və dayı adlandırdığımız ikinci dərəcəli qohumları ruslar yalnız "дядя", bibi və xala sözlərini isə yalnız "тётя" sözü ilə ifadə edirlər. Beləliklə, rus dilində danışanda haqqında söhbət edilən adamın əmi və ya dayı, yaxud bibi və ya xala olduğunu aydınlaşdırmaq üçün əlavə izahata ehtiyac yaranır (“дядя по отцу”, “тётя по матери” və s.).

Rus dilində üçüncü dərəcəli qohumların adlandırılmasında daha böyük qarışıqlıq vardır. Bunu yəqin ki, bilməyən yoxdur: əmioğlu, dayıoğlu, bibioğlu və xalaoğlu rus dilində yalnız bir mürəkkəb sözlə ifadə edilir — "двоюродной брат". Əmiqızı, dayıqızı, bibiqızı və xalaqızı sözləri haqqında eyni fikir söyləmək olar: bu qohumların dördü də rusca "двоюродная сестра" adlanır.

Rus dilində qohum adlarında olan belə qarışıqlığın mənfi təsirinə bədii əsərlərin tərcüməsində və xüsusən film və serialların dublyajında çox rəst gəlirik. Dəfələrlə şahidi olmuşam ki, teleserialların əvvəlində əsərin əsas personajının dayısı kimi tanıdığımız adamı sona yaxın dublyaj mətninin tərcüməçisi "əmi" (və ya əksinə — əmi kimi tanıdılan adamı “dayı”) adlandırır.

Üçüncü dərəcəli qohumlara rus dilində fransızcadan alınma "кузен" və "кузина" да deyilir. Lakin bu sözlər də haqqında bəhs edilən qohumların nə dərəcədə qohum olduqlarını deyil, yalnız cinsiyyət fərqlərini ifadə edur. Yəni ümumiyyətlə əmioğluya, bibioğluya, dayıoğluya və xalaoğluya "кузен", əmiqızı, bibiqızı, dayıqızı və xalaqızıya "кузина" deyilir. Bütün bunlara görə, bu qrupdan olan qohumların nə dərəcədə qohum olduğunu izah etmək üçün bir yığın əlavə sözdən istifadə edilir, lakin yenə də aydın bir təsəvvür yaranmır. Məsələn, "дваюродной брат со стороны отца" deyildikdə həm əmioğlu, həm də bibioğlu düşünülə bilər. "Дваюродной брат со стороны матери" sözləri ilə də həm dayıoğlu, həm də xalaoğlu nəzərdə tutulur.

Əmiqızı və bibiqızı, dayıqızı və xalaqızı sözlərinin də rus dilindəki izahı haqqında eyni sözləri demək olar.

Yuxarıda qeyd etdiyim kimi, “кузен” və “кузина” sözləri rus dilinə fransız dilindən keçib. Fransız dilində əminin, dayının, bibinin və xalanın oğlanları “cousin”, qızları isə “cousine” adlanır. Beləliklə, fransızlar da səkkiz yaxın qohumlarının adlarını yalnız 2 sözlə ifadə edirlər və bu fərq də qohumların cinsiyyəti ilə əlaqədardır; ata tərəfdən olan bütün üçüncü dərəcəli qohumlar "cousin du côté paternel", ana tərəfdən olanlar isə "cousin du côté maternel" adlanır. Yəni kifayət qədər çox lüğət ehtiyatına malik olan fransızlar da qöhumlarının qohumluq əlamətini sözlə ifadə etməkdə çətinlik çəkirlər.

Türk qardaşlarımızın dilində isə əslində belə çətinlik olmamalıdır. Çünki əslində müasir türk dilində bizim işlətdiyimiz sözlərə müvafiq gələn sözlər vardır. Məlumdur ki türk dilində “əmi”yə “amca”, “bibi”yə “hala”, “xala”ya “teyzə” deyilir; “dayı” isə elə türk dilində də “dayı”dır. Ancaq problem ondadır ki, özünə Yaqub Dilaçar adı vermiş Aqop Martayanın müasir davamçıları fransızların təsirinə uğrayaraq türk ədəbi dilinə "kuzen" sözünü gətirməyə başlayıblar. Üstəlik türk dilində cinsiyyət bölgüsü olmadığına görə, kişi cinsindən olan müvafiq qohumlara "erkek kuzen", qadın cinsindən olanlara da "kız kuzen" demək iddiasındadırlar (demək, hələ şükür edilməlidir ki, qadınları "dişi kuzen" adlandırmayıblar).

Azərbaycan dilinin zənginliyinə dair daha bir misal: bizim dilimizdə bir-birindən mənaca fərqli olan müddət, vaxt və zaman sözləri vardır. Bu sözlər rus dilində yalnız bir sözlə ifadə edilir — vremya (время). Sadaladığım 3 sözün semantik mənasını izah etməyə ehtiyac olduğunu fikirləşməkdən uzağam. Zənn edirəm ki, bunu orta təhsil almış hər bir adam bilməlidir. Ancaq bəzi tərcümə mətnlərində bu sözlərdən birinin yerinə digərinin işlədilməsi ürək bulandırır.

Son vaxtlar müxtəlif klinik laboratoriyaların xəstələrə təqdim etdiyi analiz hesabatlarında və tibb işçilərinin elmi işlərində “qanın laxtalanma vaxtı”, “protrombin vaxtı”, “rekalsifikasiya vaxtı” kimi ifadələrə çox rast gəlirik və hətta bu ifadələrdə “vaxt” sözü əvəzinə “zaman” yazanlar da az deyil. Məlumat üçün deyim ki, bu və buna oxşar testlərin aparılma qaydası belədir: testin başlanğıcında saniyəölçən işə salınır, gözlənilən nəticənin alındığı anda isə saniyəölçənin işi dayandırılır və prosesə neçə saniyə sərf edildiyi qeyd edilir, yəni bu testlər aparılarkan müvafiq nəticənin alınmasına sərf edilən zaman kəsiyi müəyyənləşdirilir. Azərbaycan dilini az-çox bilən adam bu testin nəticəsinin "müddət" adlandırılmalı olduğunu bilməlidir (yəni müvafiq testlər “qanın laxtalanma müddəti”, “protrombin müddəti”, “rekalsifikasiya müddəti” və s. adlandırılmalıdır). Ancaq bu testləri aparan laboratoriyaların əməkdaşları və tibb üzrə tədqiqat aparan bəzi həkimlərimiz “müddət” əvəzinə gah “zaman”, gah da “vaxt” sözləri işlədirlər. Son vaxtlar yazı işlərində belə yanlışlığa yol verən bəzi həkimlərimizə irad bildirəndə onların "Səhiyyə Nazirliyinin klinik protokolunda belə yazılıb" dediklərinin çox şahidi olmuşam. Hesab edirəm ki, haqqında bəhs edilən klinik protokollarda belə yazılıbsa, demək, onlar rus dilində tərtib edilən mətnin uğursuz tərcümələridir və Səhiyyə Nazirliyinin müvafiq qurumu bu tip çap materiallarının keyfiyyətinə yenidən baxmalıdır.

Beləliklə, dünya xalqlarının hər birinin dilində çatışmayan cəhətlərə rast gəlmək mümkündür. Əlbəttə ki, Azərbaycan dili də bəzi qüsurlardan xali deyil. Ancaq hər halda müasir Azərbaycan dilinin imkanları hər istehsalat və elm sahələri üzrə anlaşıqlı şəkildə yazmağa və danışmağa imkan verir. Bu dildə söz sayını kortəbii şəkildə və ya "ura-ura" deməklə artırıb milyona çatdırmağa da ehtiyac yoxdur. Lakin elm və texnikanın müasir inkişaf səviyyəsi ilə ayaqlaşmaq üçün yeni yaranan sözlərin dilimizə uyğunlaşdırılmasına və ya onların qarşılıqlarının yaradılmasına ehtiyac vardır. Buna görə gəlin "qonşunun toyuğu qaz görünər" prinsipi ilə dilimizin söz ehtiyatını zorakı yolla artırmağa çalışmayaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 İyul 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri