Icma.az
close
up
RU
“Qonşuya görə universitetə girir, sonra da deyir diplomumu toz basır”

“Qonşuya görə universitetə girir, sonra da deyir diplomumu toz basır”

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, müğənni Nura Suri ötən gün peşə təhsilinin iş tapmaq baxımından daha asan və az xərcli olduğunu deyib. İfaçı ali təhsilə daha çox xərc çəkildiyini və bunun hər kəsə uyğun olmadığını yazıb.

Ölkə.Az xəbər verir ki, Nura Surinin fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan təhsil eksperti Elçin Əfəndi müğənninin sözlərini dəstəkləyib. O bildirib ki, ölkəmizdə insanlar peşə təhsilinə ciddi yanaşmır:

“Xanımın fikirlərində müsbət və mənfi tərəflər var. Peşə təhsili vacibdir. Hər kəs ali təhsil alacaq deyə bir prinsip yoxdur, amma hansısa şəxsin ali təhsil almaq istəyi varsa, onun qarşısında da müəyyən maneələr yaratmaq da doğru deyil. Şəxsin seçiminə hörmətlə yanaşmalıyıq. 

Peşə təhsilinə qarşı bir stereotip var, bunu dağıda bilmirlər, qeyri-ciddi yanaşırlar. Halbuki peşə təhsili aldığı zaman bilik-bacarıqlıara yiyələnir, təcrübə keçmək imkanı olur və tez də əmək fəaliyyətinə başlayır. 

Tutaq ki, bir nəfər 4 il ali təhsil alacaq, ondan sonra istəsə magistratura oxuyacaq ya oxumayacaq, amma peşə təhsilində maksimum 2 ilə daha az xərc çəkməklə şəxs müəyyən bir peşə sahibi olur və işləməyə başlayır. Nura Surinin açıqlamasının məntiqi nəticəsi doğrudur”. 

E.Əfəndi ölkəmizdə ali təhsilə münasibətin də birmənalı olmadığını söyləyib:

“Bizdə ali təhsil dəb halını alıb. Deyirlər ki, qonşunun uşağı universitetə qəbul oldu, mənimki də olsun. Demək olar ki, ali təhsil prinsip əsasında seçilir. Kortəbii formada seçimləri hər il müşahidə edirik. Deyirlər ki, təki diplomu olsun. Universiteti bitirəndən sonra isə diplomu əlində qalır. Sonra da deyirlər ki 4 il oxudum, diplomu toz basır. Niyə? Çünki özünün içərisində istək yox idi ki, yaxşı bioloq, kimyaçı və s. olsun. İstəyərək ali təhsil alarlarsa, bunun müsbət nəticələri ola bilər. Kortəbii formada yanaşanda təbii ki, məntiqi cəhətdən nəticə də məhv olacaq”.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Mart 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri