Icma.az
close
up
RU
“Qorxma, buralarda adam zad olmur” Təbriz VƏFALI YAZIR

“Qorxma, buralarda adam zad olmur” Təbriz VƏFALI YAZIR

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təbriz VƏFALI

Azərbaycan İnformasiya Mərkəzinin direktoru

***

Rəhmətlik SSRİ dövründə əvvəlcə “Nazirlər Sovetinin Baş Ədəbiyyat şöbəsi”, daha sonra “Ədəbiyyat və nəşriyyat məsələləri üzrə Baş İdarə” (“Qlavlit”) yaradılmışdı.

O, ədəbi nəşrlərə nəzarət edən bir qurum idi. Bu şöbə əsasən, ədəbi əsərlərin nəşrini, senzuraya nəzarəti və ədəbi siyasətin həyata keçirilməsini təmin edirdi. 25 oktyabr 1991-ci ilədək, yəni bu qurum ləğv olunanadək kimin nə həddi var idi ağzına gələni yaza, çap etdirə, özünü şair, yazıçı və ya publicist kimi qələmə verə…

Azərbaycan müstəqillik qazandıqdan sonra respublikamızda ədəbiyyatımızın poeziya və nəsr janrlarının analarını ağlar günə qoyanlar, sözü dağın zirvəsindən endirib dərin uçuruma yuvarladanlar, ağızlarına gələnləri deyənlər və yazanlar, mənasız fikirlərlə, şablon sözlərlə, əhəmiyyətsiz ifadələrlə zəngin olan cızma-qaraları müasir və klassik poeziya və nəsr nümunələri kimi gözə soxanlar, girdirmə, geydirmə və əldəqayırma “şair”lər, “yazıçı”lar və “publicist”lər meydana çıxdı. Və onların sayı yağışdan sonra çıxan göbələklər kimi ilbəbil artmağa başladı. Ədəbi siyasət o qədər məhv edildi ki, ədəbi mühit o qədər sahibsiz, yiyəsiz və nəzarətsiz qaldı ki, sözləri, qafiyələri dalbadala düzüb-qoşaraq yazdıqlarını ictimaiyyətə təqdim edənlər, özlərini az qala xalq şairi kimi millətə sırımağa, gözlərə kül üfürməyə çalışanlar həmişə itinə tökdür…

Son günlərdə sosial şəbəkələrdə populyarlaşan bir videoda kimliyi barədə məlumat verilməyən bir gənc itkeçməz, quşötməz ağaclığa əlləri ilə işarə edərək “şeir” deyir:

“Qohumun, tanışın hardan biləcək?

Qorxma, buralarda adam-zad olmur…

Bura əvvəllər də qızla gəlmişəm,

Qorxma, buralarda adam-zad olmur…”

Azərbaycan ədəbiyyatı, poeziyası tarixinda “zad” sözünü ilk dəfə “şeir”ə daxil edən bu gənc əxlaqsızlıq təbliğ etməklə yanaşı, həm də özünü dahi “şair” sayır…

Yaxud, İbrahim adlı birisi özünü Azərbaycanda analoqu olmayan yeganə şair hesab edir. Çünki bir bənddə bütün misraları həmqafiyə olan “şeir”ləri yalnız bu əfəndi yazmağı bacarır.

Məsələn, o, “Fəsillər” adlı cızma-qarasında yazır ki:

“Bu fəsil bizləri yetirir illərə,

Uşaqlar hazırlaşır xarici dillərə.

O qara qaşların bənzər millərə,

Bizdən salam olsun Tansu Çillərə”.

İndi bu zalım oğluna deyən lazımdır ki, ay əhli-müsəlman, 1 fəsil 1 rübü, yəni 3 ayı əhatə edir. Ona görə də bir fəsil səni digər fəslə yetirə bilər, illərə deyil. Uşaqların xarici dillərə hazırlaşmasının, qara qaşların millərə bənzəməsinin, Tansu Çillərə salam göndərilməsinin fəsillərə nə dəxli var, axı?...

Bu cür bərbad və ürəkağrıdan nümunələr çoxdur, onları  saymaqla bitməz. Amma nə qədər ki ədəbi siyasətin həyata keçirilməsində qanuni tələblər müəyyənləşdirilməyib, ədəbi mühitdə senzura yenidən bərpa olunmayıb ədəbiyyatımızın üz qarası olanların sayı durmadan artacaq, sözün qüdrəti və dəyəri itəcək, poeziyamız, nəsrimiz və publisistikamız məhvə sürüklənəcək.

Girdirmə, geydirmə və əldəqayırma “şair”lərə, “yazıçı”lara və “publicist”lərə isə son söz olaraq mərhum şairimiz Mikayıl Müşfiqin bir şeirindən 2 misranı ərməğan etmək istəyirəm:

“Şairəm söyləyir, yerindən duran,

İnsanın üzündə həya gərəkdir”…  

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 İyul 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri