Icma.az
close
up
RU
“Qorxma, mən səninləyəm” filminin dalğalar aparan “pulları” REPORTAJ

“Qorxma, mən səninləyəm” filminin dalğalar aparan “pulları” REPORTAJ

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekorçu Şənolun yelkənli qayıq arzusu

Həzin musiqi sədaları eşidilir, başını salıb aşağı işləyir. İşinə elə aludə olub ki, bizim gəldiyimizi də hiss eləmir.

Fotoqrafla sakitcə ətrafı seyr edirik, müxtəlif dekor avadanlıqları, dəzgahlar var, nə desən, gözə dəyir. Hamısı hansısa filmin, yaxud neçə-neçə filmlərin  “qəhrəmanıdır”.  Uşaq vaxtı elə bilirdik, filmlərdə ev səhnələri evdə, çöl səhnələri çöldə çəkilir. Sonradan anladıq ki, bunlar hamısı dekordur. Məsələn, mən dəfələrlə kinostudiyanın pavilyonunda filmlərin çəkiliş prosesindən reportaj hazırlayandan sonra kinonun necə əmələ gəldiyini anladım. 

Bir dəfə Rasim Ocaqovun “Otel otağı” filminin çəkilişində pavilyonda mətbəx səhnəsini gördüm. Tamaşaçının mətbəx zənn etdiyi divar uzunu düzülmüş mebel və qaz sobasından ibarət idi, kameraların tutduğu qədər. Aktrisa yemək bişirirdi, həqiqi yemək.

Şamil Əliyevin ekranlaşdırdığı “Çölçü” filminin də bəzi hissələri çöldə olsa da, əksər kadrları kinostudiyanın pavilyonunda “tikilmiş” palçıq komada lentə alınıb.

Bu günlərdə bilmişəm ki, “Nabat” filminin çəkiliş qrupunun-dekorçuların tikdikləri ev İsmayıllıda dağın başında hələ də qalır. Bəlkə də, kino muzey kimi saxlanılsa, daha maraqlı olar.

Bunları deməkdə məqsədim dekorun, dekorçuların zəhmətinin əhəmiyyətini vurğulamaqdır.

“Azərbaycanfilm” kinostudiyasının sexindəyik. O sexdə ki, kinostudiyada çəkilən bütün Azərbaycan və xarici ölkə filmlərində (pavilyonda başqa ölkələrin də filmləri çəkilib) istifadə olunan dekorlar orda ərsəyə gəlir. Sevimli filmlərdə gözünüzə görünən qala, ev, döyüş meydanı, yaxud ayrı-ayrı əşyalar, məsələn, gördüyünüz fayton, poçt qutusu həmin bu sexdə düzəldilib.

Nəhayət ki, usta başını işdən qaldırıb, bizi görür, əlini atıb musiqini söndürür:

- Xoş gəlmisiniz-deyir.

- Xoş gününüzə gələk.

Biz də gözümüzü dekorlardan çəkib ustaya yaxınlaşırıq. Əsas dekorlar yan otaqdadır, amma ora keçə bilmirik, iş gedir. Yeni dekor hazırlanır, ortadadır, toxunub korlaya bilərik. Biz də təkid etmirik, işə mane olmaq olmaz.

Məramımız, zatən ustanın özü ilə danışmaqdır. Bayaqdan usta dediyim qəhrəmanı tanıdım. Şənol Əhmədov kinostudiyanın dülgəridir. 40 ildir ki, kinostudiyada çalışır.

“Uzun illər burda işləyən Qabil Vahabov xalamın yoldaşı idi, mən onun yanına gəlib-gedirdim. Ordu sıralarından qayıdandan sonra dedi ki, gəl mənimlə işlə, öyrənmisən, qabiliyyətin də var. Mən də gəldim, başladım işə. Görünür, yeniyetmə vaxtlarımdan öyrəndiyimdən işimə və kinostudiyaya çox bağlandım. Saç-saqqalım burda ağardı”.

Deyir, kinostudiyada bir gün işlədinsə, ondan ayrılmaq olmur. Xalq rəssamı Rafiq Nəsirovu özünə müəllim hesab edir.

- Bu sənətin bütün sirlərini ondan öyrənmişəm.

- Bəs, bu sənətin sirləri nədədir?

“Bir dəfə filmlərdən birində kənardan dülgər dəvət etdilər ki, dekorasiya qursun. Öz komandası ilə gəldi, qurdu və getdi. Film çəkiləndən sonra çalışdıq həmin dekoru sökək, sökmək mümkün olmadı, dağıtmalı olduq. Dekor qurulur, sonra sökülür və başqa bir film üçün həmin ləvazimatdan yenə istifadə edilir. Yoxsa, hər filmə yeni dekor ləvazimatı alınsa bütün vəsait elə dekora xərclənər. Sirrin biri budur” – deyə cavab verir.

Hansı sənətin sahib olursan ol, gərək onu sevəsən deyir: “Sevgi ilə yanaşanda öyrənirsən, peşəkarı olursan, peşəkarı olduqca da sevirsən”. Ustaya görə peşənin bir sirri də həmin bu sevgidədir.

40 ildir kinostudiyada işləyir. 1986-cı ildən kinostudiyada nə çəkilibsə, hamısının dekorasiyası onun əlindən çıxıb.

Qazaxıstandan, Rusiyadan, digər ölkələrdən də gəlib burda film çəkiblər, dekorasiyalarını biz işləmişik-deyir.

Uğurlu bir filmə baxanda əvvəlcə rejissoru, ssenari müəllifi ilə maraqlanırsan. Sonra çəkilən aktyorları sadalayırsan. Operatorun işini qeyd edirsən. Bəstəkarı da yada salırsan ki, filmin musiqisi də onun uğurunda əsas rol oynayır. Rəssamı lap sonda yada düşür. Kimsə dekorçunu nə xatırlayır, nə də xatırladır. Bu fikirlə həmsöhbətimdən soruşuram ki, deyirsiniz, mən filan filmdə işləmişəm, orda rolunuzun nədən ibarət olduğunu tamaşaçıya necə izah edirsiniz?

“Deyirəm, gördüyün o evi, o divarı mən tikmişəm. Gördüyün faytonu, o dəmiryolunu, tankı mən düzəltmişəm” – o bildirir.

Dekorçunun zəhməti filmdə görünür, onu da hər tamaşaçı görmür. Amma əməyi qalmır, itir, sökülüb, yenidən qurulur və qalmır.

Bir vaxtlar sözü gedən bu sex ayrıca şöbə kimi fəaliyyət göstərib, 40-a yaxın işçi olub.

“Bura mənim evimdir. Az bir müddət kinostudiyadan ayrı düşdüm, təsəvvür edin ki, elə bil balığı sudan çıxarıb atdılar kənara, havam çatmırdı, boğulurdum. Özümü burdan kənarda təsəvvür belə edə bilmirəm, çətindir” - deyir.

Söhbətimiz yenə sexin ortasındakı faytonun üstünə gəlir. Bu fayton hansı filmlərdə olub? Həmsöhbətim deyir ki, sonuncu dəfə bu yaxınlarda sənədli filmdə çəkilib: “Tağıyev” filmi üçün də bunu icarəyə götürmüşdülər. Tarixi faytondur, Azərbaycanda film çəkilməyə başlayandan filmlərə çəkilib, hansı filmimizdə fayton görürüsünüzsə, bilin ki, bu faytondur. Sadəcə, üstünün bəzəyi, rəngi dəyişdirilir. “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Dəli Kür”, “Sevinc buxtası” və sair, saysız filmlər görüb. Şənol Əhmədov ona yeni həyat verib, bərpa edəndən sonra hələlik iki filmdə istifadə edilib. Çox istəyirəm ki, bundan sonra da saysız filmlərdə istifadə edilsin, yəni film çəkilsin”.

Divarda gözümə SSRİ gerbi dəyir. Şənol usta deyir ki, o da film üçün saxlanılır, özümüz düzəltmişik: “Bir gerb də var, bəlli deyil nədir. 1997-ci ildə polyaklar burda film çəkib, onlar üçün düzəltmişdik, o vaxtdan qalıb”.

Vaxt var idi kinostudiyada ildə 4 film çəkilirdi, deyir, nəfəs almağa vaxtımız olmurdu: “İndi o qədər iş olmur, amma yenə işsiz qalmırıq, başqa film şirkətlərinin sifarişlərini də hazırlayıram”.

- Çəkiliş vaxtı maraqlı hadisələr qaçılmaz olur. Birini danışa bilərsiniz?

- Nardaranda “Qorxma mən səninləyəm” filminin çəkilişləri idi. Dəniz kənarında dekorasiyanı qurmuşuq ki, səhər tezdən çəkilişə başlayaq. Gecə külək qopub, dalğalar dekorasiyanı yuyub aparıb, yaxşı ki, orda balıqçılar taxtaları yığıb qoymuşdular kənara. Səhər eyni işi sıfırdan başladıq, rejissor da danladı bizi”.

- Qurduğunuz dekorasiyanı bəyənməyən rejissor olub?

- Heç olmayıb.

- Yolunuzu kim davam etdirəcək?

- Var cavan uşaqlar, qabiliyyətlisi də var, olacaqlar. Bizimlə son deyil, təki görməyə iş olsun.

- Azərbaycan kinosu barədə nə düşünürsünüz, nə arzu edirsiniz?

- Ümid edirəm ki, kinostudiyada yenə kino çəkiləcək. Dəhlizlər yenə qaynayacaq.

Əllərinlə qurduğun iş adama ləzzət edir. Hətta bilirsən ki, bu qalmayacaq söküləcək, amma yenə zövqvericidir. Bir də həmişə istəmişəm ki, böyük bir yelkənli qayıq tikəm. Yelkəni artıq hazırdır...

Söhbəti bu yerdə kəsib sağollaşıb çıxıram. Məqsədli şəkildə kəsirəm. Qoy, fikrimdə onun arzusu, son dediyi cümlə qalsın... “İstəmişəm ki, bir yelkənli qayıq tikəm...”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see205

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see151

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see148

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see148

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see147

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see146

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see143

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see143

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see141

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see141

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see140

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see140

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see140

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see139

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see139

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see138

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see137

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see133

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see132

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri