“Qorxma, mən səninləyəm”in daha bir aktyoru öldü
Icma.az, Axar.az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, bu gün xalq artisti Aleksandr Şarovski vəfat edib.
Kult.az xatırladır ki, Aleksandr Yakovleviç Şarovski 10 fevral 1948-ci ildə Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirib.
1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olmuş, 1976-cı ildən isə S. Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyətinə davam edərək əvvəlcə bu teatrda aktyor, 1978–1990-cı illərdə rejissor assistenti, 11 iyun 1991-ci ildən quruluşçu rejissoru olmuşdur. 1993-cü ildən teatrın baş rejissoru idi.
Bu illər ərzində səhnədə 50-dən çox rol oynamış, 4 kinofilmdə çəkilmiş, 54 tamaşa qurmuşdur.
A.Şarovski bir çox filmlərin ərsəyə gəlməsində əməyi olmuş və eyni zamanda bəzi rollara çəkilmişdir – o cümlədən "Qorxma, mən səninləyəm" və "Lətifə" kimi filmlərdə maraqlı rollar yaratmışdır.
O, "Şərəf", "Şöhrət" ordenlərinə, o cümlədən Rusiyanın "Dostluq" ordeninə və "Puşkin" medalına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin II dərəcəli mükafatı (26 iyul 2002), Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (9 fevral 2023), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (1 aprel 2005), "Humay" və "Qızıl Dərviş" mükafatlarını almışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 09 Sentyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















