Icma.az
close
up
RU
Qorxmayaq, amma qorunaq Bu xəstəliyi törədən viruslar...

Qorxmayaq, amma qorunaq Bu xəstəliyi törədən viruslar...

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yenə qış fəsli, yenə virus, yenə biz... Pandemiyadan sonra demək olar ki, hər payız-qış fəslində virusla daha ciddi mübarizə aparır, cəmiyyətdə kütləvi şəkildə yayılan xəstəliyin mənbəyini araşdırmağa çalışırıq. Yüksək hərarət, öskürək, şiddətli baş ağrısı, ürəkbulanma, baş gicəllənməsi, ishal, halsızlıq... Müşahidə olunan bu simptomlar cəmiyyəti təşvişə salıb. Çünki Çində yayılan yeni virus metapnevmovirusun (HMPV) əlamətlərinə çox bənzəyir və insanlar yenidən COVID19 günlərinə geri qayıtmağın narahatlığını yaşayırlar. Üstəlik, dünya mətbuatında bu virusun COVID19-dan daha təhlükəli və daha çox yayılma potensialı olduğu da vurğulanır.
Hazırda ölkədə yayılan virusun mənşəyi, simptomları, mübarizə yolları ilə bağlı mütəxəssislərlə söhbətləşdik.

Az da olsa, yeni koronavirus infeksiyasına yoluxma halları var

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, hazırda az da olsa, yeni koronavirus infeksiyasına yoluxma hallarına rast gəlinir: “Hazırda mövsümlə əlaqədar fəsli qrip (A qripi, inflyuenza), müxtəlif növ kəskin respirator virus infeksiyaları və az da olsa yeni koronavirus infeksiyasına yoluxma hallarına rast gəlirik. Bu tip virusların klinik mənzərəsi çox oxşardır. Çünki onların törətdikləri xəstəlik zamanı əsasən tənəffüs yolları zədələnir. Yəni, xəstələrin əksəriyyətində ümumi əlamətlərlə (hərarətin yüksəlməsi, halsızlıq, zəiflik, iştahanın itməsi, sümük, oynaq, əzələ ağrıları və sair) yanaşı, kataral əlamətlərə də (boğaz ağrısı, öskürək, burun axması və ya tutulması) rast gəlinir”.

HMPV yeni deyil

Mütəxəssis bildirir ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir və bu infeksiya yeni deyil: “İndiyədək payız-qış aylarında müxtəlif səviyyəli xəstələnmə halları törədib, əsasən sağlam insanlarda fəsadsız keçir və qısa müddət ərzində sağalır. Yalnız risk qrupuna daxil olan insanlarda - kiçik yaşlı uşaqlar, immundefisitli, ağır xroniki, birinci növbədə tənəffüs yollarının bronxial astma, xroniki obstruktiv bronxit kimi xəstəlikləri olan, 65 yaş üzəri şəxslərdə xəstəlik bəzən ağır keçə bilər. Bu halda virus aşağı tənəffüs yollarını zədələyərək bronxiolit və pnevmoniya ilə fəsadlaşa bilər ki, bu da əlverişsiz nəticələrə gətirib çıxarır”.

Mövsümi qripə qarşı peyvənd olunun

İnfeksionist vurğulayır ki, qriplə müqayisədə HMPV infeksiyası daha yüngül keçir: “Hazırda Azərbaycanda HMPV infeksiyası qeydə alınmayıb. Kəskin respirator virus infeksiyalarından qorunmaq yolları universaldır. Spesifik tədbir vaksinasiyadır ki, ölkəmizdə qripə qarşı effektiv vaksinlərlə birinci növbədə risk qrupları peyvənd olunurlar. Hazırda ölkəmizdə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır”.

Sağlam həyat tərzi, stresdən uzaq olmaq

Digər qorunma tədbirlərinə gəldikdə isə, T.Eyvazov xəstəliyin əlamətləri olduqda maskadan istifadə, sosial məsafənin gözlənilməsi, əl və respirator gigiyena qaydalarına kütləvi şəkildə əməl olunması ilə yoluxma hallarını minimallaşdırmağı mümkün hesab edir: “Bundan başqa, sağlam həyat tərzi, vitamin-mineral tərkibli qidalar, streslərdən yayınmaq kimi tədbirlər də əhəmiyyətlidir. Bunlar immun sistemini daim işlək vəziyyətdə saxlamaqla insana kömək edə bilər”.

Bu xəstəliyi törədən viruslar 200-ə qədərdir

İnfeksionist Mərdan Əliyev də təsdiqləyir ki, ölkədə yayılan xəstəlik kəskin respirator virus infeksiyasıdır: “Yəni, yuxarı tənəffüs yollarının kəskin iltihabı xəstəliyidir. Bu xəstəliyi törədən viruslar 200-ə qədərdir. Hər virusun özünə xas gediş xüsusiyyətləri olduğu üçün biz təxminən hansı virus olduğunu deyə bilirik. İndiki virus qripə oxşayır. Hansı ki, qrip kəskin respirator virus infeksiyaları içində ən ağır gedişə malik olanıdır. Müalicəyə tabe olmaması, daha uzun sürməsi, simptomların ağırlığı, bədən hərarətinin yüksəlməsi, əzələ oynaq ağrılarının daha çox müşahidə edilməsi bu virusun qrip olmasını deməyə əsas verir”.

Əgər HMPV olsa idi...

İnfeksionist deyir ki, HMPV qripdən dəfələrlə yüngül virusdur: “Əgər HMPV olsa idi, yoluxanlar daha tez sağalardı. Düzdür, 2-3 yaşa qədər uşaqlar və 65 yaş üstü şəxslərdə ağır gedişə malik olur, bəzən də pnevmoniya ilə ağırlaşa bilir. Amma sağlam şəxslərdə adətən heç bir problem olmur, yüngül simptomlarla gedir”. ("Kaspi" qzəeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://publika.az
archiveBu xəbər 11 Yanvar 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri