Qorxu filmləri sağlamlığımızı qoruyur ARAŞDIRMA
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Danimarkanın Orhus Universitetinin alimləri qorxu hissi ilə immunitet sisteminin vəziyyəti arasında gözlənilməz əlaqə aşkar ediblər.
Lent.az-ın xəbərinə görə, məlum olub ki, qorxu filmləri və ya tərk edilmiş perili evlərə baş çəkmək kimi qorxulu təcrübələr təkcə emosional vəziyyətə və ürək döyüntüsünə deyil, həm də orqanizmi xəstəliklərdən qoruyan sistemin fəaliyyətinə təsir göstərir.
Təcrübədə aşağı səviyyədə iltihabı olan 22 nəfər iştirak edib. İştirakçılar qorxunc nömrələrin təqdim edildiyi köhnə evdə 50 dəqiqə keçiriblər. Maraqlıdır ki, bundan sonra həmin şəxslərin orqanizmində iltihabi proseslər 81 faiz azalıb.
91 könüllü üzərində aparılan başqa bir araşdırma da oxşar təcrübələrdən sonra immunitet sistemindəki dəyişiklikləri təsdiqlənib. Elm adamları bu təsirin adrenalin və endorfinlərin artması nəticəsində yarandığını deyiblər.
Qorxu və immunitet funksiyası arasındakı əlaqə keçmişdə kifayət qədər öyrənilməmişdir. Təcrübələr zamanı tədqiqatçılar şişlərdən və patogenlərdən qorunmaqda əsas rol oynayan limfositlər və monositlər kimi immun hüceyrələrin sayının azaldığını müşahidə ediblər. İltihabi olmayan insanlarda ağ qan hüceyrələrinin, o cümlədən eozinofillər və bazofillərin sayının azalması xüsusilə nəzərə çarpırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 02 Dekabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















