Icma.az
close
up
RU
Qorxu futbolun yeni “hakimi” oldu

Qorxu futbolun yeni “hakimi” oldu

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir müddət əvvəl Premyer Liqa hakimimiz Rauf Allahverdiyevin işindən uzaqlaşdırıldığı barədə xəbər vermişdik. İdmanxeber.az saytının yaydığı bu məlumat günlərdir ölkə futbolunda əsas gündəm mövzusuna çevrilib.

Kifayət qədər rezonans doğuran məsələ barəsində hər gün müxtəlif fikirlər, müzakirələr görürük. Nəhayət, məsələyə dünən son nöqtə qoyuldu.

Ədalət təmsilçisi Hakimlər Komitəsi tərəfindən özünə gələn məktubda onunla müqavilə yenilənməyəcəyini öyrənib. Səbəb isə hakimin verdiyi açıqlamaların AFFA-nın işgüzar nüfuzuna və imicinə xələl gətirməsi kimi göstərilib.

Biz növbəti dəfə federasiyadan rəsmi quruma yaraşmayan, qeyri-peşəkar davranış görürük. AFFA açıq şəkildə ictimaiyyəti manipulyasiya edir və kifayət qədər ciddi məsələni görməzdən gəlir.

Bəli, Allahverdiyev tələskənlik edib və işini itirməyin həyəcanı ilə çıxış yolu axtarıb. Və nəticədə emosional fikirlər səsləndirib.

Ancaq bütün bunlar nə zaman baş verib?

AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezident Sərxan Hacıyevlə görüşdən sonra. Qurum rəsmiləri hakimi federasiyaya çağıraraq məlum oyundakı səhvinə görə onu qərəzli olmaqda ittiham edib və işinə son veriləcəyini bildirib.

O boyda federasiya rəhbərliyi əlində heç bir dəlil, əsaslı sübut olmadan Premyer Liqa hakiminin işinə son verir. Bunu da açıq şəkildə onun özünə deyir.

Ədalət təmsilçisi haqqını axtarmağa başlayandan sonra isə ona rəsmi məktub göndərilir. Məktubda keçən ifadələrə baxaq:

“Araşdırma müddətində AFFA tərəfindən sizə rəsmi qaydada hər hansı yazılı məlumat və ya bildiriş təqdim edilmədiyi halda, ictimaiyyətə təqdim etdiyiniz əsassız bəyanatlar, kütləvi informasiya vasitələrində AFFA-nın nüfuzuna və işgüzar imicinə xələl gətirə biləcək əsassız və böhtan xarakterli açıqlamalar verməyiniz sizinlə əməkdaşlığın davam etdirilməsini mümkünsüz etmişdir”.

Araşdırma müddəti?

Əgər araşdırma var idisə, baş katiblə icraçı-vitse prezident niyə Rauf Allahverdiyevi federasiyaya dəvət edib?

Əgər araşdırma gedirdisə, niyə referiyə işindən uzaqlaşdırılacağı deyilib?

Və ya araşdırma bitibsə, niyə ictimaiyyətə heç nə açıqlanmır?

AFFA rəhbərliyinin səhlənkar, öhdəliyindən bixəbər mövqeyi hər fürsətdə gözümüzə girir. Artıq Azərbaycan futbolunun etibar edildiyi şəxslər sahənin gələcəyi üçün ciddi problemə çevrilib. Onlar barəsində qeyri-peşəkar ifadəsi belə yumşaq qalır.

Təəssüf ki, Rövşən Nəcəfin komandası yalnız mənfi və sahədənuzaq işlərlə gündəmə gəlir. Əgər federasiya daxilində bir nəfər futbol adamı olsaydı, bu duruma müdaxilə edərdi. Ancaq görünür qurumdakı digər şəxslər də başlarını belə şeylərə qoşmur.

Onu da qeyd edək ki, AFFA-nın Rauf Allaverdiyevə qarşı davranışı hakim camiəsində böyük bir tədirginlik, qorxu yaradıb. Referilər bundan sonra işləri barəsində təkrar-təkrar düşünməyə başlayıb.

Biz çempionat oyunlarında dəfələrlə ciddi hakim səhvləri görmüşük. Ancaq bu günə qədər heç vaxt belə bir şey olmayıb. Niyə məhz indi? Kiməsə islahat getdiyini göstərmək istərkən hər şeyi əlinə-üzünə bulaşdırmaq belə olur yəqin.

Ən əsası onu vurğulayaq ki, kim nəyi necə ört basdır etsə də, mövzunu gündəmdən uzaq tutmağa çalışsa da, biz İdmanxeber.az saytı olaraq bütün hakim səhvlərini bundan sonra xüsusi olaraq diqqətdə saxlayacağıq. Bu gündən etibarən istər VAR, istərsə də orta hakimlərin kobud səhvlərində AFFA-nın hansı addımlar atacağını böyük maraqla gözləyəcəyik.

Bir karyeranın bitməsi yeni səhifələrin açılmasına, bəzi kitabların isə tamamən bağlanmasına səbəb oldu. Özünü ölkə futbolunun lideri adlandıranların  addımladığı yeni mərhələ çox maraqlı olacaq. 

Həsən Quluzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 26 İyul 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri