Icma.az
close
up
RU
“Qorxudan Şeytana sarılmaq qurtuluş deyil... Onsuz da hər kəs cəzasını alacaq!..

“Qorxudan Şeytana sarılmaq qurtuluş deyil... Onsuz da hər kəs cəzasını alacaq!..

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Biz ən böyük əzabdan (Axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!..”- Qurani-Kərim

"

Bu dünyada günahkar insanın ən çox qorxduğu şey nədir? Yəqin, çoxunuz deyəcəksiniz ki, ölüm... Xeyr, ölümdən də qorxulu şeylər var... Onda soruşacaqsız ki, bəs nə - ilan, əqrəb, canavar, ayı, şir, nə bilim, müharibə, partlayış, terror, zəlzələ, ildırım, tayfun... Xeyr, heç biri deyil... İnsanın, xüsusilə də imanlı və ağlı başında olan insanın ən çox qorxduğu - Allah qarşısında etdiyi günahlardır. Bəs imansız, yəni Allaha, Qurana, Peyğəmbərə(s.), Axirət gününə və s. inamı olmayan “adam” adlanan məxluqların ən çox qorxduğu nədir? Bəli, belələri ən çox ölümdən və ölüm təhlükəsi yaradan hər şeydən qorxurlar. Təbii ki, Allahı tanımadıqları üçün Ondan qorxu hissi üçün də belələrinin qəlbi möhürlüdür. Ancaq ayrı-ayrı insanlar, bəşəriyyət, xalq qarşısında günahları çox olan dinsiz-imansız bəndələrin də bu dünyada elə cəzalandırılacaqları, xəsarət alacaqları, öldürüləcəkləri baxımından qorxduqları məhz günahları, cinayətləridir. Belə şərbəndələr Allahı, Qiyaməti, Axirəti dərk etməsələr də, lokal, yaxud qlobal miqyasda o qədər misli görünməmiş, ağır, biabırçı günahlar, cinayətlər törədiblər ki, bir balaca ayaqları büdrəyən kimi bəşəriyyət, xalq, yaxud ayrı-ayrı insanlar tərəfindən cəzalandırılacaqlarını çox yaxşı anlayırlar. Odur ki, bəzən hətta onları bu günahlara, cinayətlərə sövq edən Şeytana nəinki sığınmağa, ona bərk-bərk sarılmağa hazırdırlar...

Əslində bu cür Şeytan canişinlərinin, Şər məxluqlarının özlərinin də Şeytandan zəhləsi gedir. Çünki Yer üzündə hakimiyyəti, vəzifəni,  bəşəriyyətin, ayrı-ayrı ölkələrində, ayrı-ayrı xalqların qanı-canı hesabına, misli görünməmiş cinayətlərlə  topladıqları var-dövləti Şeytanın buyruqlarına əməl etmək, onun qulu, köləsi olmaq sayəsində əldə etmiş olsalar da, onların özlərini alçaldan, təhqir edən, onları hər cür çirkaba, murdarlığa batıran da elə Şeytandır. Ona görə də şərbəndələr də dildə Şeytana minnətdarlıq, təşəkkür etsələr də,  gizlincə, ürəklərində ona nifrət edirlər. Lakin heç cür cürət edib bunu Şeytanın üzünə deyə bilmirlər... Bununla belə, onu da gözəl bilirlər ki, Şeytanın köləsi olmaqdan imtina edib, ondan üz döndərib, Allah qarşısında tövbə edib günahlardan, cinayətlərdən uzaqlaşsalar, dərhal yaxalanacaq və ayrı-ayrı insanların, nəhəng insan kütlələrinin, xalqların qarşısında, onların təkidi ilə ölkələrin, beynəlxalq qurumların müvafiq qanunları qarşısında cavab verməli olacaqlar. Ən qorxulusu isə qanunların, məhkəmələrin yox, sadəcə coşmuş insan kütlələrinin verəcəyi ağır, öz cinayətləri kimi misli görünməmiş fiziki cəzalar, işgəncələrdir... Məhz bu səbəbdən  şər məxluqların cinayətləri böyüdükcə Şeytana daha bərk-bərk sığınırlar. Çünki bu dünyada yeganə ümid yerləri Şeytan, yaxud onun digər daha güclü canişindləridir. Amma onlar dərk etmir ki, Şeytanın sayəsində bir müddət cəzalardan canlarını qurtarıb salamat qalsalar da, gec-tez bu dünyada da, o dünyada cəzalarına çatacaqlar... 

Əslində şərbəndələr elə həyatlarının ikinci-üçüncü onilliklərindən Allah tərəfindən ən azı mənəvi, fizioloji, psixoloji cəzalar almağa başlayırlar. Sadəcə bunları büruzə vermir, gizlətməyə çalışır, rəsmən açıqlanmasına mümkün qədər imkan vermirlər. Ancaq hamımız belələrinin elə bu dünyada da xalqlar, bəşəri qurumlar tərəfindən fiziki, hüquqi cəhətdən cəzalandırılmalarının da şahidi oluruq. Təbii ki, yenə deyirəm, şərbəndələr Axirətə inanmadıqları üçün sonda ən ağır cəzaları da orada alacaqları haqda deyilənləri qulaqardına vururlar. Onlar sadəcə bir məntiqi dərk etmirlər ki, bu boyda dünyanı, sonsuz kainatı Yaradan heç cür ədalətsiz ola bilməz. Və əgər dünyada yoxsulluq ucbatından bir toyuq oğurlayan adamın məhkəməsi qurulursa, deməli,  ondan yüzlərlə, minlərlə, milyarlarla dəfə böyük oğurluqlar törədənlər üçün də bu dünyada olmasa da, bir gün –Axirətdə Allahın Böyük Məhkəməsi qurulacaq. Yəni günahlarının, cinayətlərinin qorxusundan Şeytana sarılmağın faydası yoxdur- onsuz da hər kəs cəzasını alacaq...  Amma tövbə qapısı hələ açıqdır...

Bu haqda bir çox Quran ayələrini, Peyğəmbər hədislərini misal gətirmək olar. Sadəcə biri ilə yazımı bitirirəm: 

Biz ən böyük əzabdan (Axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!..” -Qurani-Kərim, əs-Səcdə surəsi, 21-ci ayə.

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri