“Qorxulu mənzərədir, tüstüdən nəfəs almaq olmur“
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyəyə istirahətə gedən blogger Leyli və İqo Hüseynov cütlüyü Fethiyedə həyəcanlı anlar yaşayıblar.
Axşam.az xəbər verir ki, ötən gündən Fethiye bölgəsində başlayan meşə yanğını onların qaldıqları evin yaxınlığına çatıb. İqo hadisə ilə bağlı görüntülər yayımlayaraq yaşadıqları qorxunu bölüşüb.
“Yanğın düz evimizin yanındadır, meşə yanır... Əşyalarımızı götürüb çıxmalı oluruq. Hər şey sanki filmlərdəki kimidir, çox qorxunc mənzərədir. Allah köməyimiz olsun. İnşallah, tezliklə yanğını söndürə bilərlər.
Allahım, sən kömək ol. Çox dəhşətli yanır. İnşallah, bu dəhşətli gün tezliklə bitər. Tüstüdən nəfəs almaq belə mümkün deyil. Allah hamını qorusun və kömək olsun” deyə, İqo bildirib.
Leyli də yanğınla bağlı video paylaşaraq “Allahım, sən qoru. Evimizin yanı yanır, işıqlar-filan kəsildi. Yanğın hər saniyə qalxır, evə yaxınlaşır... Dualarınızı əsirgəməyin!!!” sözlərini əlavə edib.
Baxış sayı:158
Bu xəbər 29 Avqust 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















