Icma.az
close
up
RU
Qorxunc araşdırma: İnternetdən aldığınız günəş eynəklərinə güvənməyin

Qorxunc araşdırma: İnternetdən aldığınız günəş eynəklərinə güvənməyin

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay ayları yaxınlaşdıqca günəşdən qorunmaq tələbatı artır. Valideynlər uşaqlarını zərərli ultrabənövşəyi (UV) şüalardan qorumaq üçün gün eynəyi alışına yönəlsə də, internetdən alınan bəzi məhsullar düşündüyünüz qədər təhlükəsiz olmaya bilər.

Qaynarinfo xəbər verir ki, Böyük Britaniyada istehlakçı hüquqlarını müdafiə edən "Which?" təşkilatının apardığı araşdırma, populyar onlayn platformalardan satılan uşaq gün eynəklərinin üçdə birinin yetərli qoruma təmin etmədiyini ortaya qoyub. Xüsusilə aşağı qiyməti və cazibədar dizaynı ilə seçilən bəzi modellərin, uşaqların göz sağlamlığı üçün əksinə zərərli ola biləcəyi bildirilib.

Araşdırmanın təfərrüatları: "tam qoruma" sadəcə reklam ola bilər

"Amazon", "AliExpress", "eBay", "Temu", "TikTok Shop" və "Shein" kimi platformalardan seçilən 20 müxtəlif uşaq gün eynəyi üzərində aparılan testlər nəticəsində, altı modelin ya UV filtrasiyası baxımından qeyri-sabit nəticələr verdiyi, ya da məhsul üzərində yanlış məlumatların yer aldığı məlum olub. İki modelin isə "tam qoruma" iddiasına baxmayaraq, UV şüalarını demək olar ki, ümumiyyətlə filtr etmədiyi aşkarlanıb.

Bəzi məhsullarda eynəyin bir şüşəsi digərindən daha az qoruma təmin edib ki, bu da gözlərin qeyri-bərabər qorunmasına səbəb olur. Bu cür hallar uşaq gözünün inkişafında ciddi fəsadlara yol aça bilər.

Hüquqi tələblər pozulur

Test edilən məhsulların heç birində Böyük Britaniyada satış üçün zəruri olan təhlükəsizlik nişanlamaları – məsələn, CE işarəsi – yox idi. Bu da məhsulların hüquqi standartlara cavab vermədən satışa çıxarıldığını göstərir.

"Which?" təşkilatının siyasət direktoru Rosio Konça, yay tətillərinin yaxınlaşdığı bu dövrdə ailələri xəbərdar edərək, internetdəki parlaq görüntülü və ucuz məhsulların cazibəsinə aldanmamağı tövsiyə edib. Onun sözlərinə görə, bəzi onlayn platformalar məhsul təhlükəsizliyinə nəzarət etməkdə yetərli deyil.

Uşaqlar UV şüalarına daha həssasdır

Mütəxəssislər bildirirlər ki, uşaqlar böyüklərlə müqayisədə daha uzun müddət çöldə vaxt keçirir və göz quruluşları hələ tam formalaşmadığından UV şüalarına qarşı daha həssasdır. Kifayət qədər qoruma təqdim etməyən eynəklər isə gələcəkdə katarakta, makulyar degenerasiya kimi ciddi və daimi göz xəstəliklərinə səbəb ola bilər.

Sağlam gün eynəyi seçmək üçün mütəxəssis tövsiyələri

Uşaq üçün gün eynəyi alarkən yalnız görünüşə deyil, funksionallığa və keyfiyyətə də diqqət yetirmək vacibdir. Mütəxəssislərin tövsiyələri belədir:

* Tanınmış və etibarlı markalar seçilməlidir.

* "UV400" işarəli, tam UV qoruması təqdim edən modellərə üstünlük verilməlidir.

* Tünd rəngli, "kategoriya 3” olan linzalar seçilməlidir.

* Çərçivəsi möhkəm və keyfiyyətli məhsullar alınmalıdır.

* Məhsul üzərində CE işarəsi və qoruma məlumatları mütləq yoxlanmalıdır.

Uşaqlar üçün gün eynəkləri sadəcə aksessuar deyil, uzunmüddətli göz sağlamlığı üçün vacib qoruyucu vasitədir. Bu səbəbdən, alış-veriş zamanı yalnız qiymətə deyil, eynəyin qoruyuculuq dərəcəsinə də ciddi diqqət yetirilməlidir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 İyun 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri