Qoşa Qala meydanında İlaxır çərşənbə qeyd olunub KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur.
KONKRET.az PhotoStock.az-a istinadən xəbər verir ki, bu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. İlaxır çərşənbədə bütün gün davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır.
Üzərlik yandırılır, tonqal qalanaraq üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır. Tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənar bir yerə, çölə atmalıdırlar.
Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Ölkənin hər yerində xüsusi qeyd olunan Torpaq çərşənbəsində küçələrdə əsl bayram ab-havası hiss olunur.
Bayram ənənələri bir çox yerdə olduğu kimi İçərişəhərin tarixi siması olan Qoşa Qala meydanında da xüsusi coşqu ilə qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 17 Mart 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















