Qoşa xətti saymayan avtobus sürücüsü əks yola keçdi 77 JS 486 VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində kobud qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 23-də saat 17:30 radələrində qeydə alınıb. Belə ki, “BakuBus” MMC-yə məxsus 2 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 77-JS-486 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Xoşbəxtlikdən hadisə zamanı qarşı zolaqda nəqliyyat vasitəsi olmayıb.
Qeyd edək ki, qoşa xəttin tələblərini pozaraq əks zolağa çıxmaq təkcə inzibati məsuliyyət doğuran qayda pozuntusu deyil, eyni zamanda yol hərəkətində ən riskli manevrlərdən biri sayılır. Bu cür davranış sürücünün özünü deyil, qəfil qarşılaşa biləcəyi digər hərəkət iştirakçılarını da birbaşa təhlükə ilə üz-üzə qoyur. Xüsusilə ictimai nəqliyyat vasitəsini idarə edən sürücülər üçün bu risk daha geniş miqyas alır, çünki belə hallarda məsuliyyət yalnız sürücünün deyil, nəqliyyat vasitəsində olan sərnişinlərin təhlükəsizliyini də əhatə edir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 23 Aprel 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















