“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qoşadaş” sahəsində 3D OBN (Ocean Bottom Node, Dəniz Dibi Nodlar) seysmik çöl işlərinin aparılmasına hazırlıq məqsədilə ilkin mərhələdə dəniz dibinin tədqiqatına başlanılır.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu tədqiqatın əvvəlcədən aparılması, gələcəkdə seysmik çöl işləri zamanı nodların optimal yerləşdirilməsini və nəzərdə tutulan əməliyyatların səmərəliliyini təmin edəcək. Əldə olunan nəticələr seysmik proqramın uğurla həyata keçirilməsinə dəstək verəcək.
Tədqiqat çərçivəsində dəniz dibinin şəraitini dəqiq xəritələndirmək və potensial maneələri müəyyən etmək məqsədilə qabaqcıl çoxşüalı və sonar texnologiyalarından istifadə olunur ki, bu da dəniz dibi nodların daha təhlükəsiz və optimal yerləşdirilməsini təmin edir.
İşlər SOCAR-ın Geofizika və geologiya İdarəsi (GGİ) tərəfindən “SOCAR Fugro” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Bu işlərin əvvəlcədən icrası gələcəkdə nəzərdə tutulmuş çöl işlərinin daha səmərəli aparılmasına və yüksək keyfiyyətli seysmik məlumatların əldə olunmasına şərait yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 10 Mart 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















