Qoşqar Təhməzli: COP29da qida təhlükəsizliyi məsələləri də müzakirə olunacaq
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"COP29-da qida təhlükəsizliyi məsələləri də müzakirə olunacaq".
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, qida təhlükəsizliyinin ümdə məsələlərindən biri də əhalinin sağlamlığıdır:
"Qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığı, qidanın təhlükəsizlik göstəriciləri, eyni zamanda, ətraf mühitin sağlamlığı və nəticədə insan sağlamlığı, yəni bu vahid sağlıq konsepti COP29 platformasında da müzakirəyə çıxarılacaq".
Sədr qeyd edib ki, qida məhsullarının təhlükəsizlik göstəricilərinin təmin olunması ərzaq təhlükəsizliyini təmin edir.
"Sağlam qidanın daha çox olması - həm heyvan sağlamlığının, həm bitki sağlamlığının, qida məhsullarının sağlamlığının təmin olunması - bilavasitə ərzaq təhlükəsizliyinin təmin olunmasına gətirib çıxarır".
Məhərrəm Əliyev
Baxış sayı:144
Bu xəbər 12 Noyabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















