Qoşqar Təhməzlidən İctimai Televiziyaya qadağa
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli rəhbərlik etdiyi qurumun əməkdaşlarına İctimai Televiziyanın “Sabaha saxlamayaq” verilişində iştirakı qadağan edib.
"Cebheinfo.az" xəbər verir ki, Manset.az-ın məlumatına görə bu barədə verilişin aparıcıları məlumat veriblər. Aparıcılar efirdən ona salam göndərib və bunları qeyd ediblər:
"Əgər ictimaiyyəti narahat edən bir mövzu müzakirə olunursa və bu məsələlərə görə məsuliyyət daşıyan dövlət qurumu ictimaiyyət qarşısına çıxaraq açıqlama vermək istəmirsə, üstəlik əməkdaşlarına bir verilişdə iştirakı qadağan edirsə, burada həqiqətən sular bulanır kimi bir şübhə yaranır. İstənilən tamaşaçı narahat olacaq ki, marketlərdən aldığımız, evimizə sifariş etdiyimiz sulara nə qədər etibar edə bilərik? Ən azından AQTA nümayəndələri bizim studiyaya gələrək, özləri hansı sudan içirlər, bu barədə bizə deyə bilərdilər".
Sözügedən görüntüləri təqdim edirik:
https://www.instagram.com/reel/DTxCkr0DR2_/?utm_source=ig_web_copy_link
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 21 Yanvar 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















