Icma.az
close
up
RU
“Qovlar şəhərinin 2040 cı ilədək inkişafına dair Baş Planı” təsdiqləndi KONKRET

“Qovlar şəhərinin 2040 cı ilədək inkişafına dair Baş Planı” təsdiqləndi KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan sənəd Qovların ilk strateji inkişaf konsepsiyası olmaqla şəhərdə müasir və komfortlu yaşayış mühitinin yaradılması, kənd təsərrüfatı torpaqlarının qorunması və tarixi kimliyin saxlanmasını hədəfləyir.

KONKRET.az xəbər verir ki, Tovuz rayonunun ərazisində yerləşən Qovlar şəhəri 2012-ci ildən şəhər statusu daşıyır. Təsdiqlənmiş plana əsasən, burada 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq. Xüsusilə şəhərin mərkəzində köhnə tikililər sökülərək, onların yerində 5-8 mərtəbəli müasir yaşayış kompleksləri inşa ediləcək.

Proqnozlara əsasən, 2027-ci ilə qədər şəhər əhalisinin sayı 17 min, 2040-cı ilə qədər isə 20 min nəfərə çatacaq. Bununla əlaqədar olaraq, yaşayış fondu 1,5 dəfə artacaq, adambaşına düşən yaşayış sahəsi isə 20 m²-dən 25 m²-yə qədər yüksələcək. Ümumilikdə 192 min m² yeni yaşayış sahəsinin tikintisi nəzərdə tutulur ki, bunun 117 min m²-i birinci inkişaf mərhələsinə aiddir. Şəhərdə yeni yaşayış fondunun əsasını azmərtəbəli çoxmənzilli binalar təşkil edəcək.

Eyni zamanda, sosial infrastrukturun genişləndirilməsi də planlaşdırılır. Belə ki, məktəblərdə şagird yerlərinin sayı 2544-dən 2910-a qədər artacaq, uşaq bağçalarının tutumu isə 170 nəfərdən 1200 nəfərə çatdırılacaq ki, bu da əhalinin artan tələbatını tam qarşılayacaq.
Bütün ölkə ərazisində olduğu kimi, burada da ekoloji tarazlığın qorunması əsas prioritetlərdən biridir. Bu məqsədlə zərərli təsirə malik sənaye və nəqliyyat obyektlərinin yaşayış zonalarından kənarlaşdırılması, rekreasiya zonalarının sahəsinin 8,7 hektardan 19 hektara qədər genişləndirilməsi nəzərdə tutulur. Bu tədbirlər şəhərin ekoloji yükünün azaldılmasına və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Küçə-yol infrastrukturunun inkişafı da planda öz əksini tapıb. Bu məqsədlə küçə və yol şəbəkəsinin ümumi uzunluğu 107 kilometrə çatdırılacaq. Layihələndirmə zamanı şəhərin bütün məhəllələrinin xidmət sahələrinə bərabər çıxış imkanı təmin ediləcək. İlk mərhələdə 5 kilometrdən artıq velosiped yollarının salınması nəzərdə tutulur. Bu isə gələcəkdə velosiped marşrutlarının genişləndirilməsi və ekoloji nəqliyyat mühitinin təşkili üçün baza rolunu oynayacaq.

Şəhərdə dəmir yolu nəqliyyatı ilə inteqrasiya olunmuş müasir bir logistik mərkəz də yaradılacaq. Bu mərkəz sənaye və kənd təsərrüfatı məhsullarının qəbul edilməsi, saxlanması və daşınmasında mühüm rol oynayacaq, şəhərin iqtisadi dövriyyəsini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Eyni zamanda, Qovlar şəhərində sənaye potensialının artırılması nəzərdə tutulur. Belə ki, mövcud müəssisələrin genişləndirilməsi ilə yanaşı, səkkiz yeni sənaye obyektinin yaradılması planlaşdırılır. Yeni sənaye zonası təkcə şəhərin iqtisadi inkişafına deyil, eyni zamanda məşğulluğun artmasına mühüm töhfə verəcək.

Qovlarda “yaşıl” turizm, etnoturizm və ekoturizm kimi alternativ sahələrin təşviqi və müasir istirahət zonalarının yaradılması da diqqət mərkəzindədir. Bu həm yerli sakinlər, həm də şəhərin qonaqları üçün yeni istirahət imkanları yaradacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Avqust 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see147

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see125

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see125

Rusiya yenidən kiberhücumlarda ittiham olunur...

13 Avqust 2025 22:17see123

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see122

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see120

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see120

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see120

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see119

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see118

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see118

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see118

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see118

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see117

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see117

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see116

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see115

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see115

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see115

Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir

14 Avqust 2025 08:03see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri