QOVULACAQ... AMEA dan Mehdiyevlə bağlı AÇIQLAMA
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündən xaric ediləcək.
"AzPolitika" xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Məlumata qütd edilib ki, AMEA rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib: “Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündə qala bilməz.
Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.
Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir”.
Xatırladaq ki, R.Mehdiyev 2019-2022-ci illərdə AMEA-ya rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 13 Fevral 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















