Qovulmaq ərəfəsində olan Lopeteqinin mətbuat konfransı ləğv olundu SON DURUM
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Vest Hem"in baş məşqçisi Xulen Lopeteqinin mətbuat konfransı baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Xəbərə görə, klub 58 yaşlı ispaniyalının yaxında qovulması ilə əlaqədar tədbiri ləğv edib. Baxmayaraq ki, Lopeteqi bu gün "çəkicdöyənlər"in məşq meydançasına gəlib və komandanın hazırlığına nəzarət edəcək. Amma bu, fors-major vəziyyətdir. Komandanı növbəti oyuna Qrem Potterin çıxaracağı bildirilir. London komandasına rəhbərlik etməyə razılıq verən Potterlə 2,5 illik müqavilə imzalaması gözlənilir.
Çox güman ki, məşqdən dərhal sonra klub Lopeteqini qovacaq.
Xatırladaq ki, ispaniyalı keçən yay Devid Moyesi əvəzləyərək "Vest Hem"i çalışdırmışdı.
Hazırda londonlular 23 xalla Premyer Liqa cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
“Vest Hem” İngiltərə kubokunun 1/32 finalında “Aston Villa” ilə qarşılaşacaq. Bu görüş cümə günü, yanvarın 10-da baş tutacaq.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 08 Yanvar 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















