Qrafenin formasını dəyişməklə elektrikə nəzarət etmək mümkün olacaq
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın Rays Universitetinin alimləri qrafenin (karbon atomlarından ibarət, cəmi bir atom qalınlığında olan və yüksək elektrik keçiriciliyi ilə seçilən material) elektrik xüsusiyyətlərinin onun formasını dəyişməklə idarə oluna biləcəyini müəyyən ediblər.
Tədqiqatın nəticələri “Advanced Materials” jurnalında dərc olunub, araşdırma barədə yeni məlumat isə “Technology Networks” tərəfindən yayımlanıb.
Alimlərin araşdırmasına görə, qrafenin atom səviyyəsində yaranan çox kiçik qırışları material daxilində elektronların hərəkətinə təsir göstərir. Xüsusilə bir milyard metrdən də kiçik məsafələrdə formalaşan kəskin əyriliklər elektrik yükünün materialın müəyyən hissələrində fərqli şəkildə paylanmasına səbəb olur.
Tədqiqatçılar xüsusi mikroskoplar, Raman spektroskopiyası və kompüter modelləşdirməsindən istifadə etməklə qrafenin bu xüsusiyyətini araşdırıblar. Məlum olub ki, qırışların kəskinliyi artdıqca onların elektrik təsiri də güclənir. Təxminən 1 volt gərginlik tətbiq edildikdə bu qırışlarda elektrik cərəyanının yarandığı müşahidə olunub.
Alimlər hesab edirlər ki, əldə olunan nəticə gələcəkdə atom səviyyəsində olduqca nazik elektron qurğularının və daha həssas sensorların hazırlanmasına imkan verə bilər. Bu yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, materialın elektrik xüsusiyyətlərini dəyişmək üçün onun kimyəvi tərkibinə əlavə maddələr daxil etmək əvəzinə, formasına və əyriliyinə nəzarət etmək mümkün ola bilər.
Araşdırma qrafen kimi ikiölçülü materialların gələcəyin elektronika və yüksək texnologiyalarında tətbiqi baxımından mühüm elmi nəticə kimi qiymətləndirilir.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 15 Avqust 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















