Icma.az
close
up
RU
Qrammatika sualları buraxılış imtahanına görə çox çətin idi ETİRAZ

Qrammatika sualları buraxılış imtahanına görə çox çətin idi ETİRAZ

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Prezident İlham Əliyevin dilimizin təbliği, onun saflığının qorunması ilə bağlı çıxışları hər sahədə olduğu kimi buraxılış imtahanlarında hökmən nəzərə alınmalıdır. Təhsil dilimizlə bağlı məsələlərlə birbaşa əlaqəli olan, hətta cavabdeh olan bir sahədir. Amma görünən budur ki, aidiyyəti olan qurumlar bunu nəzərə almır. Dünənki imtahanlar (11-ci siniflərin buraxılış imtahanı - red.) buna bariz nümunədir".

Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov bildirdi.

O hesab edir ki, dövlət başçısının AMEA-nın 80 illik yubileyində dilimizin saflığının qorunması, ədəbi dilimizin düzgün şəkildə tətbiq olunması ilə bağlı etdiyi çıxışında verdiyi bir çox tövsiyələri də unutmaq olmaz.

"“Ana dili milli mənsubiyyətinin əsas amilidir”, – deyən cənab İlham Əliyev dilimizin qorunması ilə bağlı öz narahatlığını da dilə gətirmişdi. Amma görünən budur ki, bəzi qurumlar öz vəzifələrini yerinə yetirərkən bu tövsiyələr heç də nəzərə alınmır. Dili sevdirmək, gələcək nəsillərə ötürmək məktəbdən başlayır. Dünənki imtahan sübut etdi ki, bunun üçün hələ çox danışılmalı, xeyli işlər görülməlidir. Yaxşı oxuyan bir şagird buraxılış imtahanında ingilis dilini səhvsiz yazırsa, ana dilində isə səhvlərə yol verirsə, bu bizim dilimizə olan münasibətin göstəricisidir.

Dünənki imtahan suallarına baxdım, qrammatika sualları buraxılış imtahanına görə çətin idi. Xüsusən də, müqayisə tipli suallar verilmiş vaxtla uzlaşmır. Şagird bir sualın içində bir neçə nitq hissəsini yada salmalı və onları tətbiq etməlidir. Suallar orta məktəbdə təhsil alan şagird üçün yox, hazırlığa gedən uşaqlar üçün hesablanıb. Əgər belə suallarla həyata yenicə atılmış uşaqların bütün ümidlərini qıracağıqsa, orta məktəbin qapısından paslanmış bir qıfıl asın! Niyə özümüzü aldadırıq ki?..

Nəzərə alaq ki, təhsil il boyu mətbuatda danışılan ən çox məsələlərdən biridir. Böyük bir paradoksun içində yaşamaq ancaq gülüş doğurur", - deyə M.Hüseynov bildirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Mart 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri