Qranit Caka: Maykl Oliver Premyer Liqada belə penalti təyin etməzdi
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bayer"in yarımmüdafiəçisi Qranit Caka ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Bavariya"ya uduzmaqlarını (0:3) şərh edib.
QOL.az xəbər verir ki, 32 yaşlı futbolçu baş hakim Maykl Oliverdən narazı qaldığını söyləyib.
Referi 75-ci dəqiqədə Leverkuzen təmsilçisinin qapısına penalti təyin edib. Harri Keyn bu şansı dəyərləndirərək qol vurub.
Caka isə Maykl Oliverin penalti qərarı ilə razılaşmadığını bildirib:
"Əgər cavab matçına "Bavariya"nın bugünkü əzmi ilə çıxsaq, qol vursaq, o zaman hər şey dəyişəcək. Şəxsən mən təslim olmayacağam.“Bavariya”ya qalib gələ bilərik. Maykl Oliver Premyer Liqada belə penalti təyin etməzdi. Bu məyusedicidir. Mən Mayklı İngiltərədən yaxşı tanıyıram".
Qeyd edək ki, "Bayer"lə "Bavariya" arasında cavab oyunu martın 11-də Leverkuzendə keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 06 Mart 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















