Icma.az
close
up
RU
Qrant müsabiqələrində kitab çapı layihələri istisna hallarda maliyyələşdiriləcək

Qrant müsabiqələrində kitab çapı layihələri istisna hallarda maliyyələşdiriləcək

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qrant müsabiqələrində kitab çapı layihələri istisna hallarda maliyyələşdiriləcək.

Bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib.

O bildirib ki, "Nəşriyyat işi haqqında Azərbaycan Respublikası Qanunu" kitab çapı ilə əlaqədar ciddi tələblər müəyyən edir: "Bu Qanunun 18-ci maddəsi buraxılış məlumatı olmayan nəşrlərin çap olunmasına yol vermir. Belə ki, hazır məhsulun hər nüsxəsində nəşriyyatın və çap məhsulunu hazırlayanın adı, ünvanı, buraxılış yeri və ili, əlyazmanın yığıma verdiyi və çapa imzalandığı tarix, hesab-nəşriyyat həcmi, fiziki həcmi, formatı, səhifələrin sayı, kağızın tipi, şriftin növü (qarnituru), çap üsulu, tiraj, qiyməti, yaxud "müqavilə qiyməti ilə" və ya "pulsuz" qeydi olmalıdır. Bundan başqa, nəşriyyat məhsullarında beynəlxalq kitab kodu, müəlliflik hüququnu göstərən nişan (işarə), standarta uyğun annotasiya, kitab təsnifatı göstəriciləri də qeyd olunmalıdır".

O, qeyd edib ki, təəssüf ki, bəzi hallarda QHT-lər bu öhdəliklərə tam əməl etməkdən yayınmağa çalışır, onları qismən yerinə yetirir, şəxsi mülahizələr əsasında Agentlikdən bu cür layihələrin maliyyələşdirilməsini tələb edir, iradları qəbul etmək istəmirlər: "Daha pisi odur ki, bu cür kitablarda səhv məlumatlara, qeyri-dəqiq statistikalara, yanlışlıqlara, Azərbaycan ədəbi dilinin norma və qaydalarının pozulması hallarına rast gəlinir. Kitab nəşriyyatda çap edildikdə, bu cür hallara görə məsuliyyəti də nəşriyyat daşıyır".

Agentlik təmsilçisi onu da deyib ki, bəzən QHT-lər tərəfindən şikayətlər olur ki, onların müəlliflik hüququ pozulub, digər QHT-lər və ya şəxslər onların əməyini özününküləşdirib, hazırladıqları materiallardan müvafiq razılıq almadan istifadə ediblər. Əgər kitab nəşriyyatda çap olunubsa, bunun hüquqi müstəvidə həlli də xeyli asanlaşır.

Ü.Qarayeva əlavə ki, Agentlik Azərbaycan QHT-lərinin ərsəyə gətirdiyi xarici dillərdə olan sanballı kitabların xarici ölkələrin kitabxanalarına verilməsində, beynəlxalq kitab sərgilərində, kitab müsabiqələrində iştirakında maraqlıdır: "Lakin burada yenə problemlə qarşılaşırıq. Bəzən nəfis işlənilmiş, mühüm məlumatları özündə əks etdirən kitab beynəlxalq kitab (ISBN) kodu olmadığına görə xarici ölkələrdən geri qaytarılır, kitabxanalar, beynəlxalq kitab sərgiləri, kitab müsabiqələrinin təşkilatçıları onları qəbul etmir".

Agentlik təmsilçisi 2026-cı ilin qrant müsabiqələri ilə əlaqədar 2025-ci ilin sentyabrında QHT-lər üçün təşkil edilmiş infosessiyalarda da narahatlıq doğuran bu məsələlərin QHT-lərin diqqətinə çatdırıldığını vurğulayıb: "Biz bu sahədə də dönüş əldə edəcəyimizə əminik. Azərbaycan QHT-ləri kitab nəşri barədə tələblərin üstünlüklərini, onlara gətirdiyi faydaları hiss edəcəklər, bu sahədə meydan yalnız peşəkarların olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri