Qreçka çatışmazlığı müalicə ETMİR
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pediatr Anton Proxorenko bildirib ki, qreçka, alma və nar dəmir çatışmazlığı müalicə etmir.
Redaktor.az xəbər verir ki, o, bəzi məhsulların dəmirin səviyyəsini bərpa etməkdə rolunu kp.ru-ya açıqlamasında dəyərləndirib.
Həkimin sözlərinə görə, nə qidalar, nə də vitaminlər anemiyanı sağalda bilir. Yeganə effektiv üsul dəmir preparatlarının qəbulu hesab olunur.
Bununla belə, Proxorenko vurğulayıb ki, dəmirlə zəngin qidalar rasionda mütləq olmalıdır, çünki onlar dəmir çatışmazlığının profilaktikasında mühüm rol oynayır. O, ətin, qaraciyərin, yumurtanın, dəniz məhsullarının, qreçkanın, paxlaların, narın və göyərtinin dəmirlə zəngin olduğunu qeyd edib. Lakin həkim xatırladıb ki, bitki mənşəli mənbələrdən alınan dəmir orqanizm tərəfindən daha zəif mənimsənilir.
Aytəkin TOFİQQIZI
Baxış sayı:61
Bu xəbər 17 Sentyabr 2025 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















