Qrehemin qəfil ölümü: Bəzi ölkələr üçün sevinc, bəziləri üçün ciddi itki
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Senator Lindsi Qrehemin ölümü qəfil olduğu qədər, müzakirələrlə də yadda qaldı.
Mənbələr onun ölüm səbəbini ətrafında müzakirə apardıqları bir zamanda Qrehemin ölümünün siyasətdə açacağı boşluq da diqqətdədir.
“Cebheinfo.az” xəbər verir ki, respublikaçı senator İsrailin digər xarici siyasət prioritetləri ilə yanaşı, İrana zərbələrin böyük tərəfdarı idi.
Bəzi mənbələr deyirlər ki, senator Lindsi Qrehemin ölümü İsrailin ABŞ-ni İrana qarşı hərbi kampaniyasını davam etdirməyə inandırmaq səylərinə, eləcə də Vaşinqtondakı digər İsrail məqsədlərinə böyük zərbədir. Cənubi Karolinadan olan 71 yaşlı respublikaçı uzun müddətdir İsrailin ən böyük tərəfdarlarından biri olub.
O, İsraili ABŞ ilə silah müqavilələri bağlamaqdan tutmuş, Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa qədər bir çox məsələdə dəstəkləyib. Onun səyləri nəticəsində hətta Prezident Donald Tramp tərəddüd etsə belə, bəzən hərbi hücumların tərəfdarı olurdu.
Qrehemin Trampla yaxın əlaqələri və xarici siyasət xərclərinə təsiri də məlum idi. Qrehemin ölümü İsrail üçün xüsusilə vaxtsız ölüm kimi xarakterizə olunur, çünki onu tez-tez getdiyi bu ölkədə çox sevirdilər. İndi isə vəziyyət dəyişib. Artıq həm demokratlar, həm də respublikaçılar İsrailə qarşı narazılıqlarını ifadə edir.
Bazar ertəsi günü Tramp bildirib ki, Qrehemin ölümü ilə həqiqətən itirənlər arasında İsrail də var. İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü mərhum senatoru İranın nüvə silahı əldə etməsinin qarşısını almaq da daxil olmaqla, heç vaxt tərəddüd etməyən bir insan kimi xarakterizə edib.
Ağ Evin sözçüsü Anna Kelli Trampın İran siyasətində Qrehemin rolunu belə şərh edib: “Prezident İran da daxil olmaqla, istənilən məsələ ilə bağlı bir çox fikri dinləyir, lakin nəticədə ölkə üçün ən yaxşı hesab etdiyi şeyə əsasən qərar verir”.
Bu arada, İranın dövlət tərəfindən idarə olunan mediası Vaşinqtondakı ən böyük rəqiblərindən birinin vəfat xəbərinə sevinclə reaksiya verib. Məqalələrdən biri "Ölüm tacirinin ölümü " başlığı ilə dərc olunub.
Qrehemin ofisi belə məqalələri şərh etmək istəməyib. Keçmiş ABŞ diplomatları və analitiklərinin sözlərinə görə, Qrehem İrana qarşı hərbi əməliyyatları dəstəkləməsi ilə tanınsa da, Trampın tərəfində qalmaqda da ehtiyatlı idi.
O, Trampın İranla müharibəni diplomatik razılaşma yolu ilə bitirmək səylərini dəstəklədiyini bildirsə də, bu səylərin uğurlu olacağına şübhə ilə yanaşdığını açıq deyirdi. Onun şübhələrini İran rejimini etibarsız diplomatik tərəfdaş kimi görən İsrail hökuməti də bölüşüb.
Bayden administrasiyası dövründə ABŞ-nin İsraildəki səfiri vəzifəsində çalışmış Tom Nides bildirib ki, Qrehem həm də İsrail ilə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulmasını təşviq edən güclü bir siyasətçi idi.
Belə ki, o, daha əvvəl jurnalist Camal Qaşıqçının qətlində rolu olduğu deyilən Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmana qarşı sərt çıxışlar etmişdi.
Lakin Bayden administrasiyasının rəsmiləri ilə danışıqlardan sonra Qrehem 2023-cü ildə şahzadə ilə barışdı və İsrail ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin qurulmasına təkan verdi.
İndi çoxlarını Qrehemi kimin əvəz edəcəyini düşündürür. Nides və digərləri Qrehem kimi İsraili müdafiə edə biləcək mümkün varislər kimi senatorlar Ted Kruzu və Tom Kottonu göstirrlər.
Hər ikisi milli təhlükəsizlik məsələsində, xüsusən də Tehranla münasibətlərdə sərtlik təırəfdarıdırlar, lakin onlar Qrehem kimi Trampa yaxın deyillər və demokratlar tərəfindən bəyənilmirlər.
“Qreham həm də ona görə qeyri-adi bir fiqur kimi xarakterizə edilirdi ki, onu demokratlar da bəyənirdilər. Yəni ona əsəbiləşirdilər, amma onu həm də bəyənirdilər”, - Nayds deyib. Kruz və Kottonun ofisləri isə bu barədə mətbuata şərh verməyib.
Trampın birinci prezidentliyi müddətində Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri vəzifəsində çalışmış Fred Fleitz, dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff qarşıdakı günlərdə İrana daha çox təsir göstərə biləcək şəxslərdir.
Lakin buna baxmayaraq ki, heç biri Qrehem kimi hətta müharibəyə başlayacaq qədər qətiyyətli deyil. Fleitz bu barədə deyib:
“Tramp bir çox insanı dinləyir, amma açıq-aydın senator Qrehami dinləyirdi. O, məsləhət almaq üçün ona zəng edərdi. Qrehem də məsuliyyətli milli təhlükəsizlik siyasətində ona kömək etmək üçün, məsləhət vermək üçün daim ona zəng edərdi”.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 14 İyul 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















