Qrenada nümayəndəsi: Qrenada ilə Azərbaycanın əməkdaşlıq üçün imkanları var
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tədbirlərində təşkilatçılıq həmişə yüksək səviyyədə olur və Bakıdakı konfrans da istisna deyil. Konfransın üçüncü günüdür və hər şey çox mükəmməl təşkil edilib. Texnologiyadan giriş-prosedurlarından tutmuş ikitərəfli görüş otaqlarının təyin olunmasına qədər hər mərhələdə istifadə olunması işi xeyli asanlaşdırır. Bu tədbir də çox peşəkar şəkildə təşkil olunub.
Bu barədə AZƏRTAC-a müsahibəsində Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak edən Qrenadanın Milli Telekommunikasiya Tənzimləmə Komissiyasının sədri və komissarı Vinsent Roberts deyib.
Qonaq Azərbaycana ilk dəfə gəldiyini, ölkə və Bakı haqqında çox müsbət təəssürat əldə etdiyini vurğulayıb: “Evdəkilərə yazdım ki, bu, indiyədək gördüyüm ən gözəl yerlərdən biridir. Hava çox xoşdur, yüngül və sərin. Biz Karib hövzəsindən gəlmişik, orada adətən hava çox isti olur. Burada isə təmiz, sərin və çox rahatdır. Şəhərin nə qədər təmiz olduğunu görüb heyran qaldım. Küçələrdə dilənçi və ya küçədə gecələyən insan görməmək çox təsiredicidir”.
Vinsent Roberts həmçinin Qrenada ilə Azərbaycan arasında əməkdaşlıq imkanlarına toxunub: “Biz bu səviyyədə çox sıx əməkdaşlıq etmirik, lakin ölkəmizdə də rəqəmsal transformasiya gündəliyi var. Estoniyanın Elektron Hökumət Akademiyası ilə işləyirik. Bundan başqa, biz Avropa İttifaqı ilə Latın Amerikası və Karib hövzəsi ölkələrinin birgə platforması olan EU-LAC çərçivəsində siyasətlərin harmonizasiyası və təcrübə mübadiləsi üzrə müzakirələr aparırıq. Düşünürəm ki, Qrenada ilə Azərbaycanın əməkdaşlıq üçün imkanları var. Bunu gələcək göstərəcək”.
Qrenada rəsmisi sonda Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 19 Noyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















