Qrenholm: ABŞdə “təmiz enerji”yə keçid submilli səviyyədə həyata keçirilir
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
COP29-da ABŞ-nin əsas mesajı ondan ibarətdir ki, “təmiz enerji”yə keçid və iqlim dəyişikliyi ilə mübarizə Ağ Evdə kimin olmasından asılı olmayaraq davam edir.
Bu barədə ABŞ-nin energetika naziri Cennifer Qrenholm mətbuat konfransında “Report”un sualını cavablandırarkən bildirib.
Nazir qeyd edib ki, ABŞ-də enerji keçidi özəl sektor və QHT-lərin də iştirakı ilə submilli səviyyədə həyata keçirilir: "Ağ Evdə rəhbərliyin dəyişməsi enerji keçidinə təsir etmir. ABŞ-nin iqlim sahəsində siyasətdən imtina etməsini geri çəkilmək üçün səbəb kimi göstərən ölkələrə deyə bilərəm ki, bu, belə deyil. Mümkün boşluğu doldurmaq üçün prosesi sürətləndirmək vaxtı çatıb. Amma əslində, keçid dövrü artıq başlayıb və geriyə dönüş yoxdur".
Baxış sayı:89
Bu xəbər 15 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















