Icma.az
close
up
RU
Qrenlandiya balinaları 200 il yaşaya bilir: Onlar bunu necə bacarır?

Qrenlandiya balinaları 200 il yaşaya bilir: Onlar bunu necə bacarır?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alimlər dünyanın ən uzunömürlü məməlisi sayılan Qrenlandiya balinalarının necə 200 ilə qədər yaşaya bildiyini araşdıraraq, bu kəşfin insan ömrünü uzatmaqda da faydalı ola biləcəyini düşünürlər.

Qaynarinfo xəbər verir ki, "IFLScience” nəşrinin məlumatına görə, çəkisi 80 tondan artıq olan Qrenlandiya balinası Yer kürəsində mavi balinadan sonra ikinci ən böyük heyvandır. Onun bu qədər uzun yaşamasına baxmayaraq, bədənində xərçəng xəstəliyinin yaranma riski çox aşağıdır. Bu isə elm aləmində "Peto paradoksu” adlanır — yəni iri və uzunömürlü heyvanlarda xərçəng riski gözlənildiyi qədər yüksək deyil.

Rochester Universitetinin tədqiqatçıları bu fenomenin səbəbini öyrənmək üçün balinanın genetik xüsusiyyətlərini araşdırıblar. Onlar CIRBP adlı xüsusi bir zülal aşkarlayıblar ki, bu da soyuq şəraitdə aktivləşərək DNT-nin zədələnmiş hissələrini bərpa etməyə kömək edir. Alimlər bildirirlər ki, bu zülalın miqdarı Qrenlandiya balinalarında digər məməlilərlə müqayisədə 100 dəfə çoxdur.

Tədqiqat müəlliflərindən biri, professor Vira Qorbunova deyib: "CIRBP zülalı ikiqat DNT qırılmalarının bərpasında əsas rol oynayır və bu, xərçəngin qarşısının alınmasında mühüm amildir. Qrenlandiya balinalarının yaşadığı buzlu sular bu zülalın aktivliyini artırır".

Digər müəllif, professor Andrey Seluanov isə əlavə edib ki, laboratoriya şəraitində temperatur cüzi şəkildə aşağı salındıqda hüceyrələrdə CIRBP istehsalı artır.

Ən maraqlısı odur ki, bu zülal insan orqanizmində də mövcuddur. Alimlər Qrenlandiya balinasının CIRBP genini insan hüceyrələrinə əlavə etdikdə, həmin hüceyrələrin DNT-ni bərpa qabiliyyəti xeyli yüksəlib.

Professor Qorbunova bildirib: "Uzunömürlü yeganə isti qanlı məməlini öyrənməklə biz genomun qorunmasının həyatın davamlılığı üçün nə qədər vacib olduğunu daha yaxşı anlayırıq".

O, həmçinin qeyd edib ki, gələcəkdə insanlarda da CIRBP səviyyəsini artırmaq və ya bu zülalı əlavə etmək uzunömürlülüyə təsir göstərə bilər. Hətta həyat tərzindəki kiçik dəyişikliklər – məsələn, soyuq duş qəbul etmək – bu zülalın fəaliyyətini stimullaşdıra bilər.

Alimlər hələlik bu istiqamətdə daha çox araşdırma aparılmasının vacibliyini vurğulayırlar. Lakin ümid edirlər ki, bir gün Qrenlandiya balinasının sirri insanlarda da DNT-nin bərpasını gücləndirəcək, xərçəng riskini azaldacaq və qocalma prosesini ləngidəcək.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri