Icma.az
close
up
RU
“QRENLANDİYA DA KRIM KİMİDİR...” Lavrovdan ikibaşlı açıqlamalar

“QRENLANDİYA DA KRIM KİMİDİR...” Lavrovdan ikibaşlı açıqlamalar

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Muxtar bölgə olan Qrenlandiya Danimarkanın təbii bir hissəsi deyil.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov Rusiya diplomatiyasının 2025-ci ilin yekunlarına dair mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya iddialarına münasibət bildirərkən deyib.

Bununla da Trampın tələblərinə dolayısı haqq qazandıran Lavrov Kopenhagenin bu strateji əhəmiyyətli adaya sahib olmasının müstəmləkəçiliyin nəticəsi olduğunu iddia edib: “Qrenlandiya əvvəlcə nə Danimarkanın, nə də Norveçin bir hissəsi olmayıb. Bu, müstəmləkə ərazisidir. Sakinlərin öz vəziyyətlərinə öyrəşməsinə və özlərini rahat hiss etməsinə baxmayaraq, mahiyyət eyni olaraq qalır".

Nazir həmçinin Qrenlandiyanı öz əhəmiyyəti baxımından Krımla müqayisə edib və deyib ki, onlar oxşardır: "Krım təhlükəsizlik əhəmiyyətinə görə Rusiya üçün Qrenlandiyanın ABŞ üçün əhəmiyyətindən az vacib deyil”.

O qeyd edib ki, Krım Moskva tərəfindən ilhaq edilməzdən əvvəl referendum keçirilib, “Qrenlandiyada isə heç kim əhali ilə heç bir danışıqlar aparmayıb, Tramp sadəcə olaraq bu ərazinin ABŞ-nin təhlükəsizliyi üçün lazım olduğunu deyib".

Lavrov əlavə edib ki, bu yanaşma BMT Baş Assambleyası tərəfindən təsdiq edilmiş prinsiplərlə ziddiyyət təşkil edir.

“Onların(ABŞ-nin-red.) bu açıqlamaları əks halda Rusiya və ya Çinin Qrenlandiyanı ələ keçirəcəyi ilə əsaslandırması sadəcə doğru deyil. Qərb artıq bunu təkzib edib”, - deyə Lavrov bildirib və əlavə edib ki, Moskvanın Danimarka adasını ələ keçirmək planı yoxdur.

Xatırladaq ki, Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazidir. Burada təxminən 56.000 insan yaşayır. Tramp dəfələrlə Rusiya və Çinin yaratdığı təhlükəni, eləcə də adanın raket xəbərdarlıq sistemində və kosmik müdafiədə mühüm rolunu qeyd edərək onu ABŞ-yə birləşdirmək planlarını bəyan edib.

Həm Avropa ölkələri, həm də Qrenlandiya hakimiyyəti adanın ABŞ-yə birləşdirilməsi ideyasına qarşı çıxır. Buna baxmayaraq, ABŞ Prezidenti Avropa ölkələrini bu ərazinin Vaşinqtonun nəzarəti altına keçirilməsi ilə bağlı razılığa gəlmədikləri təqdirdə, 1 fevraldan etibarən onlara tarif tətbiq etməklə hədələyib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Yanvar 2026 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri