Qrenlandiya gərginliyi: NATO Trampı hərbi müdaxilədən çəkindirməyə çalışır
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
NATO-da ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Qrenlandiyaya mümkün hərbi müdaxiləsinin qarşısını almaq məqsədilə iki mərhələli diplomatik hücuma başlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, NATO-ya üzv ölkələrin səfirləri Arktika bölgəsində müdafiə xərclərinin artırılmasını, daha çox hərbi texnikanın bölgəyə yerləşdirilməsini və hərbi təlimlərin sayının çoxaldılmasını təklif ediblər. Dövlətlər hesab edirlər ki, bu addımlar Trampı regionun kifayət qədər qorunduğuna inandırmaq üçün vacibdir.
Brüsseldə keçirilən qapalı iclasda NATO ölkələrinin səfirləri, eyni zamanda, Qrenlandiyanın gələcəyi ilə bağlı Trampın mövqeyi ilə kompromis yollarının axtarılması barədə razılığa gəliblər.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 09 Yanvar 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















