Qrenlandiya sahillərində nə rus, nə də çin gəmiləri var Danimarkalı komandan
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hal-hazırda Qrenlandiyanın sahillərində nə Rusiya, nə də Çin gəmiləri var.
Bunu Danimarkanın Birgə Artkitk Komandanlığının (Joint Arctic Command) rəhbəri, general-mayor Soren Anderson bildirib.
“Danimarkaya, o cümlədən Qrenlandiyaya birbaşa təhlükə görmürük. Qrenlandiyanın yaxınlığında heç bir Rusiya və ya Çin gəmisini görmürük. Əlbəttə, belə gəmilər mövcuddur və ABŞ da bunu bildirir. Lakin bu gəmilər Şimal Buzlu Okeanda yerləşir, Qrenlandiyanın yaxınlığında yox” – Andersen qeyd edib.
Danimarkalı hərbi kommandan həmçinin vurğulayıb ki, Danimarka 2026-cı ildə Rusiyanın okeanda fəallığını artıracağını gözləyir.
Andersen bildirib ki, Birgə Arktik Komandanlıq ABŞ-dan yox, başlıca olaraq Rusiyadan gələn potensial təhdidlərə qarşı qorunmanın təmin olunmasına xidmət edir.
Xatırladaq ki, yanvarın 5-də ABŞ prezidenti Donald Tramp bildirib ki, Ştatlar milli təhlükəsizliyini təmin etmək məqsədilə Qrenlandiyanı nəzarətə götürməyi planlaşdırır. Tramp bunu Rusiya və Çin gəmilərinin adanı əhatə etməsi ilə izah edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 17 Yanvar 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















