Icma.az
close
up
RU
Qrenlandiya uğrunda savaş böyüyür

Qrenlandiya uğrunda savaş böyüyür

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ administrasiyasının milli təhlükəsizlik səbəbi ilə öz ərazisinə qatmaq istədiyi Qrenlandiya ilə bağlı işlər davam edərkən, bu ideyaya isti baxmayan bəzi ada sakinləri Danimarkanın sosial sisteminə üstünlük verdiklərini bildiriblər.

ABŞ hökuməti Qrenlandiya məsələsində Danimarka ilə texniki danışıqlara hazırlaşdığı bir vaxtda, bəzi ada sakinləri ABŞ modelinə keçidin onların yaşam standartlarına zərər verəcəyindən narahatdır.

"Cebheinfo.az" xəbər verir ki, paytaxt Nuuk sakinləri Donald Tramp administrasiyasının Qrenlandiya siyasətini tənqid ediblər.

Şəhər sakinlərindən Nelson Ser Vaşinqton rəhbərliyinin adaya sahib olmasının qəbuledilməz olduğunu deyib.

Ser Qrenlandiyada Danimarkaya bağlı sosial yardım sistemindən razı qaldığını bildirərək, “Danimarkada məktəbə pulsuz gedə bilirik. Qrenlandiyada həkimə pulsuz müraciət edə bilirik”, – deyə qeyd edib.

ABŞ-də bu xidmətlərin pullu olduğuna diqqət çəkən Ser, onların mədəniyyətində bunun yeri olmadığını vurğulayıb.
Kim Mill Ng də ABŞ ilə Danimarka arasında Qrenlandiya ətrafında gedən müzakirələrlə bağlı, “İki Qərb imperialist dövləti ölkəmiz üzərində mübahisə aparır”, – fikrini bölüşüb.

Dünyada Qrenlandiya kimi tanınan adanı yerli dildə fərqli adlandırdıqlarını deyən Kim Mill Ng, “Bu, Tramp ilə bağlı yeni bir vəziyyət deyil. ABŞ illərdir Qrenlandiyaya sahib olmaq istədiyini deyir. Yeni olan odur ki, indi daha aqressiv davranır”, - deyə qiymətləndirmə aparıb.

Gloria Petersen də ABŞ-nin Qrenlandiyaya sahib olmasının yaxşı olmayacağını bildirərək, “Təhsil kimi pulsuz xidmətlərimiz var. Tramp adanı alsa, bu bizim üçün baha başa gələr”, – deyə bildirib.

ABŞ-nin Minnesota ştatında Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) fəaliyyətini xatırladan Petersen, “ABŞ-də ICE ilə bağlı baş verənləri burada istəmirəm”, – deyə əlavə edib.

ABŞ Dövlət katibi Marko Rubio isə dünən (28 yanvar, çərşənbə) Qrenlandiya məsələsində Danimarka ilə texniki danışıqlara hazırlaşdıqlarını açıqlayıb və bu prosesin NATO-nu zəiflədəcəyi iddialarını rədd edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri